Türkiyə Mətbəxindən Məşhur Xırtıldayan Ləzzət:Çiğ Börək ( Çibörək) Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Türkiyənin Anadolu bölgəsinin çox yerində, xüsusilə Əskişəhərdə yağsız mal əti, soğan, cəfəri, duz və istiotla hazırlanan çibörək resepti Krım tatarlarının ənənəvi yeməyidir.
Krım tatarları arasında Şırbörək, Brançek, Çibərək, Çubərək, Çiborəkə deyilir. İncə yayılan xəmirin içindəki qiymə xəmirlərin qızartma mərhələsində bişirilir.
Şayiələrə görə, “Şırbörek” adı bişmə zamanı çıxan qızartma səsindən yaranıb. Bişirib sınamalısız məncə.
*Kündələri kifayət qədər otaq temperaturunda saxlayın.Xəmirin üzərinə basdığınız zaman sıxdığınız nöqtə çox gözləmədən əvvəlki vəziyyətinə qayıtmalıdır.
Xəmirin kənarlarını pizza kəsici və ya dişli bıçaqla kəsin.
Xəmirləri isti yağda yandırmadan tez-tez çevirərək qısa müddətdə bişirməyi unutmayın.

NEÇƏ NƏFƏR ÜÇÜN
12 nəfərlikHAZIRLIQ VAXTI
30 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
3 stəkan un2 çay qaşığı duz
1 stəkan ilıq su
1 xörək qaşığı üzüm sirkəsi
2 xörək qaşığı zeytun yağı
İçlik üçün:
250 qram yağsız mal əti
1 ədəd soğan
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1/2 stəkan su
Qızartmaq üçün:
1.5 stəkan duru yağ
Hazırlanma qaydası:
Çiy börək xəmirini hazırlamaq üçün bütün lazımi inqrediyentləri qaba əlavə edib yoğurmağa başlayın və əlinizə yapışmayacaq bir xəmir alana qədər yoğurmağa davam edin. Əgər axıcı olsa,az-az un əlavə edə bilərsiniz. Yoğrulmuş xəmirin üzərini örtüb otaq temperaturunda 20-30 dəqiqə gözləyin.
Çiy börəklərin içliyi üçün çəkilmiş mal əti, soğan, duz, istiot və suyu bir qabda yaxşıca qarışdırın.
Otaq temperaturundakı xəmirdən naringi boyda kündələr edib oxlovla böyük boşqab ölçüsündə açın.Xəmirin yarısına qiymə yayıb doldurulmuş hissələrin üzərinə digər hissəni gətirib "D” formalı börəklər hazırlayın. Xəmirlərin kənarlarını əllərinizlə yumşaq bir şəkildə sıxın. Bütün kündələr üçün eyni şeyi təkrar edin.
Geniş tavada yağı qızdırıb hazırladığınız börəklərin hər iki tərəfini qızardın.Gözləmədən isti xhalda servis edin.
NUŞ OLSUN?.

Şərhlər 0
Şərh Yaz