Azərbaycancaaz
Mir.az » Resept » Möhtəşəm dad: Su ilə hazırlanan pambıq kesi resepti

Möhtəşəm dad: Su ilə hazırlanan pambıq kesi resepti

706
asan resept,asan yemək resept,sadə resept
640 calories, 6 grams fat
Möhtəşəm dad: Su ilə hazırlanan pambıq kesi resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Keks reseptlərində həmişə süd və ya qatıq istifadə olunur. Amma bu dəfə vəziyyət fərqlidir. Fərqli üsulla yumşaq, pambıq kimi keks hazırlayırıq. Əlinizlə sıxanda heç vaxt əzilməyən və əvvəlki formasını qayıdan bu keksin möhtəşəm dadı var. Hər kəsin sınamalı olduğu bu keks resepti üçün sizi mətbəxə aparaq. Qar.ınızda: Su ilə hazırlanmış pambıq keksi. Reseptdə bir neçə vacib nöqtə də var. Onları da yoxlamağı unutmayın.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

  • 4 yumurta
  • 1 stəkan yarım pesoq
  • 1 stəkan un
  • 1 stəkan nişasta
  • 1 çay qaşığı qaynar su
  • 1 armudu stəkanı yağ
  • 1 paket qabartma tozu
  • 1 paket vanil

Hazırlanma qaydası:

1. Yumurtanın ağını və sarısını ayırın.
Möhtəşəm dad: Su ilə hazırlanan pambıq kesi resepti
2. Şəkərin yarısını sarısına, yarısını isə ağa əlavə edin.

3. Hər ikisini ayrıca çalın. Sarıları açıq rəng alana qədər, ağları isə bərkiyənə qədər çalın.

4. Yumurtanın sarısına bir armudu stəkan qaynar su əlavə edib tez qarışdırırıq ki yumurtalar bişməsin. Sonra yağ ,un, nişasta, qabartma tozu və vanili əlavə edib qarışdırırıq.

5. Yumurtanın ağını spatulanın köməyi ilə az-az əlavə edin və yavaş hərəkətlərlə yaxşıca qarışdırın.

6. Homojen bir qarışım əldə etdikdə, onu yağlanmış keks qəlibinə tökün.

7. Əvvəlcədən 170 dərəcə isidilmiş sobada 30-40 dəqiqə bişirin.

8. Sobadan çıxarın və otaq temperaturunda soyudun. Keks tam soyuduqdan sonra qəlibdən çıxarın və doğrayın. Nuş olsun!




Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz