Azərbaycancaaz
Mir.az » Resept » Kafe -Restoranlarda Yediyiniz Qədər Ləzzətli : Çiyələkli Magnolia Deserti Resepti

Kafe -Restoranlarda Yediyiniz Qədər Ləzzətli : Çiyələkli Magnolia Deserti Resepti

75
asan resept,asan yemək resept,sadə resept
620 calories, 6 grams fat
Kafe -Restoranlarda Yediyiniz Qədər Ləzzətli : Çiyələkli Magnolia Deserti Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Südlü şirniyyat sevənlər üçün magnolia həm yüngül, həm də asan hazırlanan bir desertdir. Magnolia şirniyyatını mövsümə görə arzuladığınız meyvələrlə də hazırlaya bilərsiniz. Mir.az son zamanlar məşhur olan, ən çox çiyələk və bananın yaraşdığı magnolia reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

1 litr süd
3 xörək qaşığı şəkər tozu
2 ədəd yumurta sarısı
2 xörək qaşığı qarğıdalı nişastası
2 xörək qaşığı un
1 paket uşaq peçenyesi (cici bebe )
1 qutu qaymaq
1 paket vanil
6-7 ədəd çiyələk (arzuladığınız mövsüm meyvələrindən seçə bilərsiniz)

Hazırlanma qaydası:

Böyük bir qazanın içərisinə süd, un, nişasta, şəkər tozu və vanili töküb zəif ocaqda qarışdıraraq bişirin. 2 ədəd yumurta sarısını da əlavə edib yaxşıca qarışdırıb bişirməyə davam edin. (Pudinq halını alanadək qarışdırın) Daha sonra ocaqdan götürün və soyumasını gözləyin.
Pudinq soyuyana qədər qaymağı başqa bir qabda qabaranadək mikserlə çırpın. Pudinq soyuduqdan sonra çaldığınız qaymaqla qarışdırın.
Çiyələkləri dilimləyin,peçenyeni blenderlə toz halına gətirin.
Kiçik desert fincanının ən altına 2 çay qaşığı peçenye töküb , fincanın kənarlarına incə dilimlənmiş çiyələk düzün və üzərinə pudinq təkrar peçenye ovuntusu və təkrar pudinq tökün. Pudinq və peçenye bitənə qədər prosesi təkrar edin. Üzərini istədiyiniz kimi bəzəyib hazırladığınız ləzzətli deserti 1 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan götürüb süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz