Tək Başına Bir Hədiyyə : Hədiyyə Tortu Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Şirniyyat resepti.
Hədiyyə tortu-adı və dadı hamıya tanış olan, Sovet dövrünün ən məşhur şirniyyatlarındandır. Bayram günlərində , ad günlərində hazırlayıb sevdiklərinizi sevindirə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
12 nəfərlikHAZIRLIQ VAXTI
60 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
35 dəqiqəTərkibi:
Biskvit üçün:4 ədəd yumurta
120 qram un
120 qram şəkər tozu
1 çimdik vanil
Kremi üçün:
1 ədəd yumurta
125 qram şəkər tozu
80 ml süd
150 qram kərə yağı
Sirop üçün:
100 qram şəkər tozu
110 ml qaynar su
Üzəri üçün:
120 qram araxis
Hazırlanma qaydası:
Biskviti hazırlamaq üçün bir qabda yumurta ağını şəkər tozunun yarısıyla miksein köməyi ilə yaxşıca çırpın.
Başqa bir qabda yumurta sarısını qalan şəkər tozu və vanillə çırpın. Çırpılmış yumurta ağını sarısıyla birləşdirib unu da yumurta kütləsinin üzərinə ələyib ehtiyyatla qarışdırın. Xəmiri yağlı kağız sərilmiş soba qabına töküb yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 35 dəqiqə bişirin. Bişən korju sobadan çıxarın və 15 dəqiqə soyumağa buraxın. Soyuyan korju formadan çıxarıb 2 hissəyə ayırın.
Kremi hazırlamaq üçün bir qabda yumurtanı şəkər tozuyla qarışdırın. Üzərinə süd töküb tel çırpıcıyla çırpın. Orta ocaqda qarışdıraraq qatılaşanadək bişirin. Ocaqdan götürüb bir az soyudun və üzərinə sellofan keçirib (üstü qabıq tutmasın) soyumağa buraxın. Kərə yağını mikserlə çırpın. Dayanmadan qaşıq-qaşıq soyuyan südlü qarışıqdan əlavə edərək çırpmağa davam edin.
Siropu hazırlamaq üçün qaynar suyu şəkər tozuyla qarışdıraraq əridin.
Üzəri üçün araxisi tavada və ya 200 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə qovurun. Daha sonra bıçaqla xırda doğrayın (çox xırda yox).
Korjları şəkərli siropla isladın. Kremin 3/4 hissəsini korjun üzərinə yaxın. İkinci korju üzərinə yerləşdirin və hər tərəfini kremləyin. Xırda doğranmış araxislə tortu bəzəyin və 4-5 saatlıq soyuducuya yerləşdirin (və ya 1 gecəlik).
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz