Azərbaycancaaz
Mir.az » Resept » Ləzzətli və Doyumlu : Bol Vitaminli Balıq Şorbası Resept

Ləzzətli və Doyumlu : Bol Vitaminli Balıq Şorbası Resept

43
asan resept,asan yemək resept,sadə resept
630 calories, 6 grams fat
Ləzzətli və Doyumlu : Bol Vitaminli Balıq Şorbası Resept

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şorba resepti.
Qış mövsümündə xəstələnərək həkimə müraciət etməmək üçün yeməklərinizə diqqət etməlisiniz. Faydalı şorbalar içərək xəstəliklərdən qoruna bilərsiniz. Qış şorbalarına ən ləzzətli nümunə isə balıq şorbasıdır. Mir.az həm ləzzətli, həm də faydalı balıq şorbasının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 6 ədəd ləvrək balığı
  • 6 stəkan su
  • 3 xörək qaşığı zeytun yağı
  • 1 ədəd baş soğan
  • 1 ədəd yerkökü
  • 1 ədəd kərəviz sapı
  • 1 diş sarımsaq
  • 1/2 dəstə cəfəri
  • 1 ədəd dəfnə yarpağı
  • 1/2 çay qaşığı zərdəçal
  • 1/2 çay qaşığı keşniş toxumu
  • 1 çay qaşığı dənə istiot
  • 1 çay qaşığı duz
  • 1/2 ədəd limon suyu

  • Sousu üçün:
  • 1 ədəd limon suyu
  • 1 ədəd yumurta sarısı

Hazırlanma qaydası:

İlk öncə balıqları yaxşıca təmizləyib yuyun və bir qazanın içərisinə qoyub üzərinə soyuq su əlavə edin. Kərəviz sapı, yerkökü və soğanları da doğrayıb qazanın içərisinə əlavə edin. Üzərinə cəfəri, dənə istiot, sarımsaq, dəfnə yarpağı, limon suyu, zərdəçal, keçniş toxumu, duz və zeytun yağını da əlavə etdikdən sonra orta ocaqda bişirib şorbanı süzün.
Bişən balıqları kənara ayırıb tərəvəzləri blenderdən keçirin. Şorbanın içərisinə bişmiş balıqları kiçik parçalar halında əlavə edin. Ən sonda sousunu hazırlayıb şorbaya əlavə edin və ocaqdan götürün. Şorbanı isti-isti süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz