Azərbaycancaaz
Mir.az » Resept » Yeni İldə Süfrələrdən Əskik Olmayan Hinduşka Resepti

Yeni İldə Süfrələrdən Əskik Olmayan Hinduşka Resepti

723
asan resept,asan yemək resept,sadə resept
83 calories, 8 grams fat
Yeni İldə Süfrələrdən Əskik Olmayan Hinduşka Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Yeni ilə az qalıb.Nə edəcəyinizi düşünməyə belə ehtiyac yoxdur Şabalıdlı plov ilə servis edilən hinduşka,Yeni il süfrəniz və ya ziyafət süfrəniz üçün çox parlaq və doyurucu bir reseptdir. Hazırlanması çətin görünən hinduşkanın bişməsi uzun müddət tələb etsə də, hiylələrə diqqət yetirin, ancaq sobada bişirin və qovrulmuş şabalıdlara ətirli ədviyyatlı düyü ilə servis edin.
Süfrənin başına qoyacağınız hinduşka və ləzzətli şabalıdlı plov yeni il süfrənizə tam yaraşacaq. Bu yeməyi mir.az saytında yeni il ab-havasına uyğun şirniyyatlarla zənginləşdirə bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

1 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

3 dəqiqə

Tərkibi:

  • 1 orta boy bütöv hinduşka (4-4,5 kq.)
  • 4 xörək qaşığı zeytun yağı
  • 1 xörək qaşığı bal
  • 1 çay qaşığı tomat pastası
  • 2 xörək qaşığı təzə sıxılmış limon suyu
  • 1 çay qaşığı xardal
  • 1 çay qaşığı duz

  • İçi üçün:
  • 1 budaq ətotu
  • 1 dəfnə yarpağı
  • 1 çay qaşığı qara bibər toxumları

  • Şabalıdlı düyü üçün:
  • 2 stəkan yumru düyü
  • 2 qaşıq kərə yağı
  • 1 xörək qaşığı zeytun yağı
  • 2 orta boy soğan
  • 2 xörək qaşığı fıstıq
  • 2 xörək qaşığı qarağat (ilıq suda isladılmış)
  • 1 çay qaşığı qara bibər
  • 1 çay qaşığı darçın
  • 1/4 çay qaşığı hil
  • 1 çay qaşığı duz
  • 3 stəkan isti bulyon (toyuq bulyonu)
  • 1 stəkan qaynadılmış şabalıd

Hazırlanma qaydası:

Təmizlənmiş hinduşkaları bol suda yuyun və yaxşıca qurudun. Bir qabda zeytun yağı, bal, tomat pastası, təzə sıxılmış limon suyu, xardal və duzu qarışdırın. Fırçanın köməyi ilə sousu hinduşkanın hər yerinə sürtün. Hinduşkanın içərisinə ətotu,qara bibər toxumları və dəfnə yarpağı qoyun. Hinduşkanı azca unlanmış soba torbasına və ya soba qabına qoyub 170 dərəcə qızdırılmış sobada 2,5 saat bişirin.

Plovu hazırlamaq üçün soğanı doğrayın. Kərə yağı və zeytun yağını əridib soğanları yüngülcə qızardın. Fıstıqları da əlavə edib soğanla birlikdə qovurun.Bol suda islatdıqdan sonra yuyulmuş düyü ,qarağat, qara bibər,darçın, hil və duzu əlavə edin. Üzərinə qaynar bulyon və xırda doğranmış şabalıd əlavə etdiyiniz düyünü vam odda və qapağı bağlı qazanda suyu çəkilənə qədər bişirin.
Suyu çəkilmiş şabalıdlı plovun üstünə kağız dəsmal və ya mətbəx dəsmalı örtüb dəm almağa qoyun.
Sobadan çıxan nar kimi qovrulmuş hinduşkanı hissələrə böldükdən sonra şabalıd doldurulmuş düyü ilə isti olaraq süfrəyə verin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz