Azərbaycancaaz
Mir.az » Resept » Soyuq Havanın İsti Yeməyi : Xaş ( Kəllə Paça ) Resepti

Soyuq Havanın İsti Yeməyi : Xaş ( Kəllə Paça ) Resepti

105
asan resept,asan yemək resept,sadə resept
3240 calories, 3 grams fat
Soyuq Havanın İsti Yeməyi : Xaş ( Kəllə Paça ) Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Şorba resepti.
Soyuq havaların əvəzolunmaz yeməyi Xaş və ya Kəllə paça. Xaş yeməyi immuniteti zəif, xəstə olan insanların dərmanıdır. Çünki onun tərkibindəki maddələr sümüklərin möhkəmlənməsinə səbəb olur. Həmçinin xaş insana enerji verir. Odur ki, soyuq günlərdə sağlamlığın qorunması üçün xaş əvəzolunmaz bir yemək sayılır. Mir.az soyuq havaların sevilən yeməyi xaşın reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

3 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

240 dəqiqə

Tərkibi:

  • 2 ədəd mal (dana) ayağı
  • Su ( apardığı qədər )
  • 2 ədəd baş soğan
  • Duz
  • Dənə istiot
  • Dəfnə yarpağı
  • Sirkə-sarımsaq və ya abqora

Hazırlanma qaydası:

Malın ayaqlarını ocaqda ütüb, bıçaqla isti-isti dırnaqlarını çıxarıb tüklərini ütərək təmizləyin. Təmizlənmiş ayaqları 2 – 3 yerə bölün. Dırnaqların arasını yararaq orta hissəsində olan artıq hissəni kəsib atın. Daha sonra ayaqları isti su ilə yaxşıca yuyun. Böyük ölçülü bir qazana ayaqları qoyub üzərinə su tökün. Su ayaqları 15-20 sm örtməlidir. Qazanı zəif ocağa qoyun və vaxtaşırı kəfini yığın. Daha sonra su qaynamağa başladıqda suyu boşaldıb ayaqları bir daha yuyun. Qazana təmiz su töküb yuyulmuş ayaqları da əlavə edib zəif ocaqda gecədən səhərə kimi (ət sümükdən ayrılana qədər) bişirin. Bişən xaşın içinə baş soğan,duz, istiot dənəsi və dəfnə yarpağı əlavə edin.
Haxır olan xaşı sirkə-sarımsaq və ya abqora ilə süfrəyə verin.
Xaş yeyən zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşulardan da istifadə edə bilərsiniz.


NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz