Azərbaycancaaz
Mir.az » Resept » O Bir Şəfa Qaynağı : Xəstə Şorbası Resepti

O Bir Şəfa Qaynağı : Xəstə Şorbası Resepti

30
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
O Bir Şəfa Qaynağı : Xəstə Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şorba resepti.
Soyuq qış aylarına keçərkən bir çoxumuz soyuqdəymədən şikayət edirik. İmmunitet sistemimizə təsir edən soyuqdəymənin ən böyük dərmanı istirahət etmək və təbii ki, qidalanmaqdır. İmmuniteti qüvvətləndirən C vitaminini süfrələrimizdən əskik etməməliyik. Bunun üçün asan, ləzzətli və dərman kimi gələn şorbalar da ən çox ehtiyac duyduğumuz yeməklərdəndir. Sizdə mətbəxə keçib soyuq qış günlərində soyuqdəyməni qovan ləzzətli şorbanı hazırlaya bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 4 ədəd pomidor (rəndələnmiş)
  • 1 stəkan xırda vermişel
  • 1 xörək qaşığı kərə yağı
  • 1 xörək qaşığı bitki yağı
  • 1/2 budaq cəfəri
  • 1 çay qaşığı duz
  • 2 çay qaşığı istiot
  • 2 çay qaşığı pul bibər
  • 2 litr su və ya toyuq bulyonu
  • 1/2 ədəd limon suyu

Hazırlanma qaydası:

Şorbanı bişirəcəyiniz qazana kərə yağı və bitki yağını əlavə edib ocağa qoyun. Yağ qızdıqdan sonra rəndələnmiş pomidorları əlavə edib suyunu çəkənə qədər bişirin. Daha sonra xırda vermişel, duz, istiot və toyuq bulyonunu əlavə edib qarışdırın. Qazanın qapağını bağlayıb qaynayana qədər orta ocaqda bişirin. Qaynamağa başlayan şorbanın altını azaldın və zəif odda 5 dəqiqə daha bişirin. Zəif ocaqda bişən şorbanın içərisinə cəfəri və limon suyunu da əlavə etdikdən sonra qazanı ocaqdan götürün və isti-isti servis edin.

NUŞ OLSUN 😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz