Azərbaycancaaz
Mir.az » Resept » Soyuqdəymənin Dərmanı : Küftəli Əriştə Şorbası Resepti

Soyuqdəymənin Dərmanı : Küftəli Əriştə Şorbası Resepti

134
asan resept,asan yemək resept,sadə resept
445 calories, 4 grams fat
Soyuqdəymənin Dərmanı : Küftəli Əriştə Şorbası Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Şorba resepti.
Milli mətbəximizin əvəzolunmaz yeməklərindən biri də Əriştə şorbasıdır. Havalar soyuduqda isti şorba içmək daha məsləhətlidir. Mir.az soyuqdəymənin dərmanı küftəli əriştə şorbasının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

45 dəqiqə

Tərkibi:


    Əriştənin xəmiri üçün:
  • 4 stəkan un
  • 1 ədəd yumurta
  • 1 çay qaşığı duz
  • Aparana qədər ilıq su

  • Şorba üçün:
  • 1 ədəd soğan
  • 1 xörək qaşığı kərə yağı
  • 2 litr su
  • 1 çay qaşığı sarıkök
  • 2 çay qaşığı nanə qurusu
  • 0,5 stəkan noxud
  • 10-12 ədəd alça turşusu
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı istiot

  • Küftə üçün:
  • 100 qram qiymə
  • 1 ədəd sürtgəcdən keçilmiş soğan
  • 1/3 çay qaşığı duz
  • 1/3 çay qaşığı istiot
  • 1/3 çay qaşığı nanə qurusu

Hazırlanma qaydası:

Noxudu gecədən isladın və səhəri bişirin.
Əriştəni hazırlamaq üçün bir qaba un, yumurta, duz və apardığı qədər su əlavə edib xəmir yoğurun. Xəmiri kündələyib dəzgahın üzərində un səpərək oxlovla nazik yayın. Yuxanı 3 barmaq enində qatlayın, hər qatladıqda bolluca unlayın. Qatlanmış yuxanı iti bir bıçaqla nazik lentlər formasında kəsin. Hazır əriştələri düz bir qabın içərisinə sərib arabir çevirərək otaq temperaturunda qurudun.
Küftəni hazırlamaq üçün bütün inqrediyentləri töküb yoğurun. Yoğurduğunuz qiymədən fındıq boyda küftələr edib bir kənara qoyun.
Dərin bir qazanda kərə yağını isidib xırda doğranmış soğanı qovurun. Qovrulmuş soğana duz, istiot, sarıkök əlavə edib 1-2 dəqiqə daha qovurmağa davam edin. Üzərinə 2 litr qaynar suyu əlavə edin. Qaynayan soğanlı suya bişmiş noxud , xırda hazırlanmış küftə və alça turşusu əlavə edib 10-15 dəqiqə qaynadın.Əvvəlcədən kəsdiyiniz əriştələri də qaynayan şorbaya əlavə edin və nanə qurusu səpib 15 dəqiqə daha bişirin.Bişdikdən sonra əriştə şorbasını süfrəyə isti halda verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz