Azərbaycancaaz
Mir.az » Resept » Milli mətbəximizin əvəzedilməz yeməklərindən biri olan Küftə-Bozbaş

Milli mətbəximizin əvəzedilməz yeməklərindən biri olan Küftə-Bozbaş

152
asan resept,asan yemək resept,sadə resept
435 calories, 4 grams fat
Milli mətbəximizin əvəzedilməz yeməklərindən biri olan Küftə-Bozbaş

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Yemək resepti.
Mütləqdir ki , hər kəsin evində Küftə -Bozbaş hazırlanır. Hazırlanma qaydası hər bir zonada fərqlidir. Bu reseptdə isə Bakı zonasının Küftə -Bozbaşıdır. Sizdə sınayın. Dadına doya bilməyəcəksiz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:


    Küftə üçün:
  • Yarım kq mal və ya qoyun əti
  • Yarım stəkan noxud (gecədən isladılmış)
  • 1 orta ölçülü soğan
  • 1 yumurta
  • 1 çay qaşığı quru nanə
  • 1/3 stəkan yumru düyü
  • 1 çay qaşığı quru mərzə
  • 1 çay qaşığı quru ağ reyhan
  • 1 çay qaşığı duz
  • 1/4 çay qaşığı istiot

  • İçərisinə :
  • 1/3 soğan
  • 2 xörək qaşığı ərinmiş yağ
  • 1 xörək qaşığı tomat pastası
  • 4 kiçik alça qurusu
  • 4 qabığı soyulmuş bütöv kartof
  • 1/4 çay qaşığı sarıkök
  • Duz-istiot

Hazırlanma qaydası:

Əvvəlcə ət və soğanı ət maşınında çəkib üzərinə yumru düyü ,yumurta , nanə, mərzə , rehyan ,duz , istiot əlavə edib yaxşıca yoğurun( mütləq küftəni yaxşı yoğurmalısan). Sonra küftələr etməyə başlayın. ( Bu reseptlə 4 küftə alınır. Küftənin böyüklüyünə , kiçik olmasına özünüz qərar verin ).
Kənarda soğanı xırda doğrayıb yağda qovurun. Üzərinə tomat pastası əlavə edib qovurma prosesinə davam edin. Sonra su,noxud ,alça qurusu ,duz və sarıkök əlavə edib qaynamağını gözləyin. Qaydadıqdan sonra hazırlanan küftələri suya salın. Ağzını örtüb qaynamağa buraxın. 15 dəqiqə sonra kartofları içinə atıb yenidən ağzını örtüb kartofun bişməsini gözləyin. Kartof bişdikdən sonra ocağı söndürün ( noxudun da bişdiyindən əmin olun ).
Zövqə görə süfrəyə verən zaman üzərinə quru nanə və qırmızı bibər tozu səpə bilərsiz.

NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz