Ətri Banandan : Şirin Çörək Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Çörəyi düzgün bişirmək bütöv bir elmdir. Hər kəsin bişirdiyi çörəkdən fərqli olaraq banan ətirli şirin çörəklə qonaqlarınızı təəcübləndirmək istərdinizmi? O zaman buyurun mətbəxə.

NEÇƏ NƏFƏR ÜÇÜN
8 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
60 dəqiqəTərkibi:
2 stəkan un1 çay qaşığı soda
1/4 çay qaşığı duz
1/2 stəkan kərə yağı
3/4 stəkan qəhvəyi şəkər tozu
2 ədəd yumurta
400 qr banan püresi
Hazırlanma qaydası:
Bir qabda un, duz və sodanı qarışdırın.
Xəmiri yoğuracağınız qaba qəhvəyi şəkər tozu və əridilmiş kərə yağını töküb qarışdırın. Üzərinə banan püresi və yumurta əlavə edib qarışdırmağa davam edin. Unlu qarışığı da əlavə edib xəmir yoğurun.
Qəlibi yağlayıb xəmiri yerləşdirin. Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin.
Çörəyin hazır olmasını çöplə yoxlaya bilərsiniz. Batırdığınız çöp təmiz çıxırsa çörək hazırdır. Sobadan götürdüyünüz çörəyi 10 dəqiqə soyudun və dilimıəyib süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz