Azərbaycancaaz
Mir.az » Resept » Bir Norveç Klassiki : Duzda Qızılbalıq Resepti

Bir Norveç Klassiki : Duzda Qızılbalıq Resepti

22
asan resept,asan yemək resept,sadə resept
645 calories, 6 grams fat
Bir Norveç Klassiki : Duzda Qızılbalıq Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Balıq resepti.
Bir Norveç ləzzəti , türk lokumu … Mir.az duzda qızılbalıq reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

45 dəqiqə

Tərkibi:

  • 750 qram qızılbalıq ( somon )

  • Sous üçün:
  • 3 diş sarımsaq
  • 2 xörək qaşığı qırmızı bibər tozu
  • 2 dilim soğan
  • 1/2 limonun suyu
  • 2 xörək qaşığı xardal
  • 1-2 ətotu (rozmarin)
  • 2 budaq şüyüd

  • Üzərinə qoymaq üçün:
  • 1 ədəd halqa şəklində doğranmış soğan
  • 1 ədəd halqa şəklində doğranmış qırmızı bibər
  • 1 ədəd halqa şəklində doğranmış limon
  • 2 ədəd ətotu (rozmarin)
  • 2-3 ədəd şüyüd

  • Duzlu xəmir üçün:
  • 2,5 kilo duz
  • 3 ədəd yumurta ağı

Hazırlanma qaydası:

Sarımsaq, qırmızı bibər tozu, soğan, xardal, limon suyu,ətotu (rozmarin) və şüyüdü birlikdə əzin.
Sousu fırça ilə qızılbalığın üzərinə çəkin.
Duzu yumurta ağı ilə qarışdırıb xəmir edin.
Duzlu xəmirin bir hissəsini soba nimçəsinə töküb üzərinə balığı,balığın üzərinə isə tərəvəzlərləri qoyun.Qalan duz ilə də balığın hər yerinə örtüb 180 dərəcədə 45 dəqiqə bişirin.
Hazır olan və türk lokumu kimi bişən qızılbalığı çəkiclə sındırıb isti halda süfrəyə verə biləsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz