Azərbaycancaaz
Mir.az » Resept » Bu Dəfə Qatıqlı: Qatıqlı Peçenye Resepti

Bu Dəfə Qatıqlı: Qatıqlı Peçenye Resepti

101
asan resept,asan yemək resept,sadə resept
1 böyük nimçə18 calories, 1 böyük nimçə grams fat
Bu Dəfə Qatıqlı: Qatıqlı Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Anasına sürpriz etmək istəyənlər, dərsdən sonra uşaqlarını südlə yedizdirmək istəyənlər, yeni ailə quranlar, ana həsrəti çəkənlər, ləzzətli peçenye resepti axtaranlar... Bir sözlə, bu gün evlərinə ana peçenyesinin dadını gətirmək istəyənlər üçün Mir.az gözəl ,qatıqlı peçenye reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

1 böyük nimçə nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

18 dəqiqə

Tərkibi:

  • 1/2 stəkan stəkan ərimiş yağ (təxminən 120 qram)
  • 1/2 stəkan maye yağ
  • 1 stəkan qatıq
  • 1 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 1 xörək qaşığı portağal qabığı
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • 3 - 3,5 stəkan un

  • Üzəri üçün:
  • 1 ədəd yumurta sarısı
  • 3 xörək qaşığı şəkər tozu

Hazırlanma qaydası:

Yumurta və şəkər tozunu çalın. Üzərinə ərimiş kərə yağı, maye yağ , vanil , portağal qabığı və qatıq əlavə edib çalmağa davam edin. ( Zövqə görə kokos, limon qabığı da əlavə edə bilərsiniz).
Sonda qabartma tozu və unu əlavə edib ələ yapışmayan xəmir yoğurun.
Hazırladığınız xəmirdən qoz böyüklüyündə kündələr hazırlayın və yağlı kağızla örtülmüş soba nimçəsinə düzün.
Peçenyelərin üzərinə yumurta sarısı sürtüb,şəkər tozu səpib əvvəlcədən isidilmiş sobada ,180 dərəcədə 15-20 dəqiqə gözəl qızarana qədər bişirin.
Sobada çıxarıb otaq temperaturunda soyuduqdan sonra sevdiklərinizlə bölüşə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz