İtaliya Üsulu : Fokaçia ( Focaccia ) Çörək Resepti
Yemək Haqqında:
İtaliya mətbəxindən Qəlyanaltı resepti.
Dünya mətbəxinin məşhur reseptləri arasında iştirak edən Fokaççia çörəyi ləziz tərəvəzlərin xoş ətrini verən möhtəşəm bir çörəkdir. İtalyanların həm nahar, da həm də bütün yeməklərinin yanında istifadə etdiyi bu çörəyin hazırlanması çox asandır. Mir.az dadı damağınızda qalacaq və doyurucu Fokaççia ( Focaccia ) çörəyinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
1 ədəd nəfərlikHAZIRLIQ VAXTI
30 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
Xəmiri üçün:3,5 stəkan un
1,5 stəkan ilıq su
1 paket instant maya
2 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı duz
1 xörək qaşığı şəkər tozu
Üzəri üçün:
7 ədəd dilimlənmiş yaşıl zeytun
10-12 ədəd çerri pomidoru
2 xörək qaşığı zeytun yağı
1 çay qaşığı kəklikotu
1 çay qaşığı duz
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün bir qabda un, ilıq su, maya, zeytun yağı, duz və şəkər tozunu qarışdırın .(və ya xəmir yoğuran mikserlə 30 saniyə fasilərlə yoğurun). Xəmirin yumşaq olarsa, yarım stəkan unu da 1-2 dəfəyə əlavə edib çörək xəmiri kimi olana qədər 1-2 dəqiqə daha qısa fasilərlə işlədərək yoğurun.
Hazırladığınız fokaçia xəmirini unlanmış dəzgaha qoyub əlinizlə 1 dəqiqə yoğurun və bir qabın içərisində 30 dəqiqə mayalandırın.
Soba sinisini yağlayın və mayalanan xəmiri siniyə qoyub üzərinə zeytun yağı tökün. Əlinizlə yayaraq istədiyiniz formanı verin. (Ya ürək forması, ya dairəvi və ya dördbucaq formada edə bilərsiniz. )Xəmirin üzərinə barmaqlarınız ilə basdıraraq yüngül çuxurlar açın və yarım saatlıq kənara qoyun. Üzərinə istədiyiniz ölçüdə doğradığınız pomidoru, zeytunu ( və ya arzu etdiyiniz tərəvəzlər) düzün və kəklikotu səpib əvvəlcədən 200 dərəcə qızdırılmış sobada təxminən 18 – 20 dəqiqə bişirin .
Bişən fokaççianı isti və ya soyuq halda süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz