Azərbaycancaaz
Mir.az » Resept » İtaliyadan Gələn Ləzzət: Focaccia Çörək Resepti

İtaliyadan Gələn Ləzzət: Focaccia Çörək Resepti

61
asan resept,asan yemək resept,sadə resept
625 calories, 6 grams fat
İtaliyadan Gələn Ləzzət: Focaccia Çörək Resepti

Yemək Haqqında:

İtaliya mətbəxindən Çörək resepti.
İtaliyada yalnız makaronun məşhur olduğunu bilirsinizsə, çox yanılırsınız. Zeytun yağını sevən bu xalqın çox gözəl çörək resepti də var: Focaccia Focaccia resepti ilə səhər yeməyinizi şənləndirə və ailənizi sevindirə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

60 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

2 stəkan ilıq su
1 paket quru maya
2 xörək qaşığı zeytun yağı
500 qram un
1 çay qaşığı duz
1 çay qaşığı şəkər tozu

Alt qat üçün:
3 xörək qaşığı zeytun yağı

Üzəri üçün:
3 ədəd xırda pomidor (cherry)
1 ədəd qırmızı bibər
2 ədəd cəfəri
2 diş sarımsaq
5-6 ədəd çəyirdəksiz qara zeytun

Hazırlanma qaydası:

Böyük bir qabda isti su, maya, zeytun yağı və duzu qarışdırın
Unu yavaş-yavaş əlavə edib ələyapışmayan xəmir yoğurun.
Hazırladığınız xəmirin üzərini örtüb 20 dəqiqədən bir yoğuraraq 1 saat saxlayın.
Bişirəcəyiniz qəlibi zeytun yağı ilə bolca yağlayın və mayalanmış xəmiri qəlibə qoyun. Barmaqlarınızın ucuna zeytun yağını çəkib, xəmiri qəlibə yayıb 1 saat daha mayalanmağa qoyun.
Sobanı (fan ayarı ilə) 200 dərəcədə qızdırın.
Mayalanmış xəmirin üzərinə xırda pomidor,dilimlənmiş qara zeytun, qırmızı bibər və təzə ətotu səpib sobada 20-25 dəqiqə nəzarət altında bişirin.
İlkin temperaturu keçdikdən sonra üzərinə zeytun yağı və təzə ətotu gəzdirib dilimləyin və soyuduqdan sonra servis edin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz