Pəhrizdə Olanlar 1 Addım Önə : Şəkərsiz Paxlava Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Paxlava şirniyyatını sevirsiniz, ancaq çəkinizə nəzarət edirsinizsə az kalorili şəkərsiz paxlava hazırlaya bilərsiniz. Mir.az şərbətli paxlava reseptlərindən daha az kalorili və daha sağlam olan şəkərsiz paxlavanın reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
15 nəfərlikHAZIRLIQ VAXTI
35 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
45 dəqiqəTərkibi:
2 stəkan tam taxıl unu1 ədəd yumurta
3 xörək qaşığı zeytun yağı
3 xörək qaşığı süd
2 xörək qaşığı qatıq
1/2 çay qaşığı duz
1 paket qabartma tozu
1-2 damcı limon suyu
2 xörək qaşığı nişasta
İçlik üçün:
8 ədəd bütöv qoz ləpəsi
Şərbəti üçün:
3 xörək qaşığı bal
2,5 çay qaşığı su
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün dərin bir qaba un,yumurta,qatıq, süd ,duz və 2 qaşıq zeytun yağı əlavə edib qarışdırın. Qabartma tozuna 1-2 damcı limon suyu töküb xəmirə əlavə edib yoğurun. Xəmiri desert qaşığı ilə 20 bərabər hissəyə bölüb top halına gətirin. Kündələri nişastanın köməyi ilə nəlbəki böyüklüyündə oxlovla açıb 5 ədəd üst-üstə qoyub 4 dəstəyə bölün. Bu 4 dəstə paxlava qatları olacaq. Daha sonra üst-üstə qoyub 5 ədədi diametri 20 sm dairələr açın.
Soba sinisinə yağlı kağız sərib 1 qat yuxa və 1 qat xırdalanmış qoz səpin. Bu qaydayla hazırlayıb paxlava formasında kəsin. Paxlavanı 1 xörək qaşığı zeytun yağı ilə yağlayıb əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin.
Şərbəti hazırlamaq üçün 2,5 stəkan ilıq suya 3 xörək qaşığı bal əlavə edin və bal həll olunana qədər yaxşıca qarışdırın. Paxlava bişdikdən 5 dəqiqə sonra soyuq şərbətdə isladın. Şəkərsiz paxlavanı şərbət ilə süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz