Azərbaycancaaz
Mir.az » Resept » Şərbətli Mannı Piroqu Resepti

Şərbətli Mannı Piroqu Resepti

201
asan resept,asan yemək resept,sadə resept
1060 calories, 10 grams fat
Şərbətli Mannı Piroqu Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Mannılı şirniyyatların əfsanəvi dada sahib olduğunu yəqin ki ,bilməyən yoxdur. Hələ bu şirniyyata şərbət də əlavə edilərsə ,dadı , ləzzəti artar və damaqda xüsusi dad buraxar. Bu şirniyyatdan sonra əmin olun ki, ən çox onu hazırlayacağsız. Şərbətli şirniyyatların ən çox arzulananı,çay saatlarınızın vazkeçilməzlərindən biri olacaq şərbətli mannı resepti…
Mətbəxə yeni gələnlərin belə asanlıqla hazırlaya biləcəyi reseptdir.Yumşaqlığı sayəsində bütün şərbəti özünə çəkir və nəticədə əla dada çevrilir. İstəsəniz üzərini Antep fıstığı ,badam kimi inqrediyentlər də əlavə edərək bəzəyə bilərsiniz.
Şərbətli şirniyyatlarda şərbətin tutarlılığı və tökülmə vaxtı çox vacibdir. Belə hallarda şirniyyat sobadan çıxanda, yəni isti olanda üzərinə ilıq şərbət tökülməlidir.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

60 dəqiqə

Tərkibi:

  • Resepti üçün Tərkibi
  • 9 xörək qaşığı mannı
  • 9 xörək qaşığı şəkər tozu
  • 3 ədəd yumurta
  • 1 stəkan qatıq
  • 1.5 stəkan un
  • 1 stəkan süd
  • 1 paket qabartma tozu
  • 1 paket vanil

  • Soba qabını yağlamaq üçün:
  • 1 xörək qaşığı kərə yağı

  • Şərbət üçün:
  • 2 stəkan su
  • 2 stəkan şəkər tozu
  • 1/2 ədəd limonun şirəsi

Hazırlanma qaydası:

Dərin bir qabda 3 yumurta, 9 xörək qaşığı şəkər tozu və 1 stəkan qatığı mikserin köməyi ilə şəkər tozu həll olunanadək çalın.
1 stəkan süd, 1 paket vanil əlavə edib çalma prosesinə davam edin.
Sonda 1,5 stəkan ələnmiş un, 9 xörək qaşığı mannı və 1 paket qabartma tozu əlavə edib taxta qaşıqla qarışdırın.
Soba qabını kərə yağı ilə yağlayıb keks qarışığını qaba töküb üstünü düzləşdirin.
Keksi əvvəlcədən isidilmiş sobada 175 dərəcədə 35 dəqiqə bişirin.
Şərbəti üçün 2 stəkan şəkər tozu və 2 stəkan suyu 10 dəqiqə qaynadın.3-4 damcı limon suyu əlavə edib 5 dəqiqə qaynadıqdan sonra ocaqdan götürüb soyumağa qoyun.
Sobadan aldığınız isti keksin üzərinə ilıq şərbəti töküb şərbəti çəkməsi üçün 10 dəqiqə gözləyin.
Daha sonra dilimləyib servis edə bilərsiz.

NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz