Qədim Azərbaycan Çörəyi - Xamralı Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Çörək resepti.
Xamralı-qədim Azərbaycan çörək növlərindən biridir. Qədim zamanlarda karvana çıxan türk ordu əsgərləri xamralı çörəyini azuqə kimi götürərlərmiş. Tez bayatlamadığından uzun yol üçün hazırlanır. Bərkidikcə ocaq daşı üzərində isidib təzə çörək halına gətirib yeyilərmiş. Mir.az xamralı çörəyinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
5-6 ədəd nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
5 stəkan un1 çay qaşığı duz
1 çay qaşığı şəkər tozu
2 çay qaşığı maya
2 stəkan ilıq su
Hazırlanma qaydası:
Əvvəlcə unu dərin bir qabda ələyin və üzərinə duz əlavə edib qarışdırın.
Başqa bir qabda ilıq suya maya və şəkər tozu töküb qarışdırın və mayalanması üçün bir neçə dəqiqəlik kənara qoyun.
Mayalı qarışığı unlu qarşığa əlavə edib qarışdırın. Qalan ilıq suyu da az-az əlavə edib xəmir yoğurun. Xəmirin üzərini yaxşıca örtüb isti yerdə təxminən 1-1,5 saat mayalandırın. Mayalanan xəmirdən 5-6 ədəd kündə hazırlayın. Kündələri 10-15 dəqiqə dincəlməsi üçün kənara qoyun. Hazır kündələri bir-bir əlinizlə üzərindən basaraq bir barmaq ölçüsündə yayıb sac və ya qalın tavada iki tərəfli bişirin.
NUŞ OLSUN😋.

Şərhlər 2
Şərh Yaz