Azərbaycancaaz
Mir.az » Resept » Vitaminlərlə Zəngin : Səbzi Qovurma Plov Resepti

Vitaminlərlə Zəngin : Səbzi Qovurma Plov Resepti

750
asan resept,asan yemək resept,sadə resept
320 calories, 3 grams fat
Vitaminlərlə Zəngin : Səbzi Qovurma Plov Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Yemək resepti.
Göyərti və vitaminlə zəngin Azərbaycan mətbəxinin sevilən plov növü Səbzi Plov. Mir.az səbzi-qovurmalı plovun reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

3 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 250 qram düyü
  • 300 qram quzu əti
  • 3 ədəd baş soğan
  • 2 dəstə kəvər
  • 1 dəstə yaşıl soğan
  • 1 dəstə turşəng
  • 1 dəstə şüyüd
  • 1 dəstə cəfəri
  • 150 qram yağ
  • 1 qram zəfəran
  • Zövqə görə duz

  • Qazmaq üçün:
  • 500 qram un
  • 180 qram əridilmiş kərə yağı
  • 100 ml isti su
  • 1/2 çay qaşığı duz

Hazırlanma qaydası:

Zəfəranı dəmləmək üçün bir çimdik zəfəranın üzərinə qaynar su tökün və üzərinə boşqab örtüb 2 saatlıq dəmlənməsi üçün kənara qoyun.
Düyünü hazırlamaq üçün yuyun və bir neçə saatlıq duzlu suda saxlayın.
Böyük bir qazanda suyu qaynadın (1 litr suya – 1 xörək qaşığı duz). Yuyub süzdüyünüz düyünü qaynayan suya töküb təxminən 5 dəqiqə bişirib süzün.
Qazmağı hazırlamaq üçün unu ələyin. Bir qabda ələnmiş unun orta hissəsini əlinizlə açın və duz, ərinmiş kərə yağını tökün. Suyu da az-az əlavə edib xəmir yoğurun. Xəmir yağlı və yumşaq alınacaq. Xəmiri yuvarlayıb streç sellofana büküb təxminən 40 dəqiqə kənarda saxlayın. Xəmir dincəldikdən sonra oxlovla 2 mm qalınlığında yayın. Yaymaq üçün undan istifadə etməyin! Yaydığınız qazmağı qazanın dibinə yayıb stəkanla və ya formayla dairəvi kəsin. Qazanı ocağa qoyub qazmağı az bişirin.
Qazanın dibinə bişmiş qazmaq və ya lavaş düzüb yağ tökün. Düyünün bir hissəsini qazmağın üzərinə töküb yağ əlavə edin. Qalan düyünü də qazana töküb dəmlənmiş zəfəran suyunu da səpin. Qapağı təmiz bir parça ilə sarın və ya sıx bağlayın. Zəif ocaqda bir saat bişirin.
Qovurmanı hazırlamaq üçün əti kiçik tikələrə doğrayın. Tavada ət tikələrini yağda qızarana qədər yaxşıca bişirin. İstiot səpin və üzərinə su əlavə edib yumşalana qədər bişirin.
Başqa bir tavada soğanları qovurun. Hazır ətə soğan əlavə edib qarışdırın. Göyərtiləri yuyub suyunu süzün və doğrayın. Əgər qab kiçikdirsə az-az və ya hissə-hissə göyərtini əlavə edin. Göyərtinin rəngi dəyişənə qədər bişirin.
Səbzi plov və ya göyərti ilə plovu böyük bir qabda süfrəyə verin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz