Azərbaycancaaz
Mir.az » Resept » Həzmi Asanlaşdırın , Yuxusuzluğu Aradan Qaldırın : Möcüzəvi Çobanyastığı Çayı Resepti

Həzmi Asanlaşdırın , Yuxusuzluğu Aradan Qaldırın : Möcüzəvi Çobanyastığı Çayı Resepti

9
asan resept,asan yemək resept,sadə resept
1 calories, 1 grams fat
Həzmi Asanlaşdırın , Yuxusuzluğu Aradan Qaldırın : Möcüzəvi Çobanyastığı Çayı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Çay resepti.
Çobanyastığı əslində bir bitkidən artıqdır. Çobanyastığı yağı və çobanyastığından əldə edilən çobanyastığı çayı əslində sağlamlığımız üçün çox, çox faydalıdır.
Onun mənşəyi Qədim Misirə gedib çıxır və o vaxtdan bəri çobanyastığı çayı bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Tərkibində taninlər, flavon qlikozidlər, bisabolol, azulen, terpenlər və salisilik turşular olan çobanyastığı çayı, məsələn, çox güclü antioksidantdır.
Faydaları sonsuz olan çobanyastığı çayını evdə dəmləmək çox asandır. Siz də evdə çobanyastığı çayı hazırlayıb, qısa zamanda sadalayacağımız sağlamlıq faydalarından yararlana bilərsiniz.
Mir.az həzmi asanlaşdıran və yuxusuzluğu aradan qaldıran çobanyastığı çayının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

1 nəfərlik

HAZIRLIQ VAXTI

7 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

  • 2-3 xörək qaşığı qurudulmuş çobanyastığı
  • Yarım litr içməli su

Hazırlanma qaydası:

Əvvəlcə suyu qaynadın. Daha sonra qurudulmuş çobanyastığını qaynar suya atıb 3 dəqiqə dəmlənməsi üçün kənara qoyun. Sonra çayı süzgəcdən süzün. Çayınız hazırdır. Zövqə görə çaya bal və limon əlavə edərək dadlandıra bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz