Azərbaycancaaz
Mir.az » Resept » Yedikcə Yedizdirən Ləzzət: Qatıqlı Kök Salatı Resepti

Yedikcə Yedizdirən Ləzzət: Qatıqlı Kök Salatı Resepti

31
asan resept,asan yemək resept,sadə resept
1 boşqab2 calories, 1 boşqab grams fat
Yedikcə Yedizdirən Ləzzət: Qatıqlı Kök Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Bütün şirin və duzlu yeməklərdə,desertlərdə istifadə edilə bilən kökün saysız-hesabsız faydaları var. Həmçinin ,tərkibindəki şəkər miqdarı ilə yeməklərə ləzzətli dad verir! Güclü A vitamini mənbəyi olan kökün gözlər üçün faydalı olduğunu hamımız eşitmişik. Gözlər üçün faydalı olması ilə yanaşı, dişlər üçün də çox faydalıdır. O, həm də güclü antioksidantdır. Bəs belə faydalı tərəvəzdən faydalanmaq üçün nəyi gözləyirik? Dərhal mətbəxə keçib Mir.az’ın təqdim etdiyi kök salatını hazırlaya bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

1 boşqab nəfərlik

HAZIRLIQ VAXTI

8 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

2 dəqiqə

Tərkibi:

  • 2 ədəd böyük ölçü kök (doğranmış)
  • 3 xörək qaşığı süzmə qatıq
  • 3 xörək qaşığı qatıq
  • 2 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı duz

Hazırlanma qaydası:

Kökü sürtgəcdən keçirib tavaya tökün və yumşaq olana qədər 2 dəqiqə qızardın ( tam qızartmayın).
Bir qaba duz, süzmə qatıq, qatıq və zeytun yağı əlavə edib qarışdırın (İstəyə görə sarımsaq da əlavə edə bilərsiniz. )
Azca qızardılmış və soyumuş kökü qatığın üzərinə tökün və yaxşıca qarışdırın.
Salatınız hazırdır. Üstünə zeytun yağı gəzdirib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz