Azərbaycancaaz
Mir.az » Resept » Kafe - Restorandakı Ləzzət Evdə : Soğan Halqası Resepti

Kafe - Restorandakı Ləzzət Evdə : Soğan Halqası Resepti

1 113
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Kafe - Restorandakı Ləzzət Evdə : Soğan Halqası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Evdə hazırlanmış hamburger və ədviyyatlı sobada bişən kartofun dostu və sirdaşı soğan halqalarıdır. Bu reseptlə xırtıldayan soğan halqasını hazırlamaq çox asandır və kafe -restoranlarda yediyinizdən heç bir fərqi yoxdur.
Xırtıldaması üçün bir çox reseptlərdə köhnə çörək qırıntısı və ya qaleta unundan istifadə olunsa da, sınadığınız zaman görəcəksiniz ki , bu çöldə yediyinizə bənzəmir. Bəs, bu işin sirri nədir, "Soğan halqasının içində nə var?" dediyinizi sanki eşidirik. Bu dadlı qızartma reseptini mir.az təqdim edir. Evdə soğan halqalarının hazırlanmasının sirri qarğıdalı lopalarındadır.
Reseptdəki inqrediyentlərlə ədviyyatlı və xırtıldayan teksturaya malik olan bu soğan halqaları dadlıdır, lakin soussuz ola bilərmi? Yanına evdə hazırlanmış mayonez sousu hazırlayıb nuş edə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

2 ədəd soğan
1/2 stəkan un
1/2 stəkan qarğıdalı nişastası
1 ədəd yumurta
1 stəkan qazlı su (200ml)
1/2 çay qaşığı duz
2 stəkan qarğıdalı lopaları ( mısır gevreği )

Qızartmaq üçün:
1.5 stəkan bitki yağı

Hazırlanma qaydası:

Uclarını kəsdiyiniz soğanların qabığını diqqətlə soyub yarım santimetr qalınlığında halqa şəklində doğrayın.
Hər soğan dilimini öz halqalarına ayırın.
Dərin bir qaba un və nişasta əlavə edib soğan halqalarını qarışığa batırın və artıqlığı çıxarmaq üçün yumşaq bir şəkildə silkələyib hamısını bir boşqaba qoyun.
Soğan halqalarını batırmaq üçün istifadə etdiyiniz un və nişasta qarışığının qalan hissəsinə bir yumurta əlavə edib qarışdırın. Üzərinə duz və qazlı su əlavə edib qarışdırmağa davam edin.
Qarğıdalı lopasını rondodan çəkib un halına gətirin.
Xırtıldaması üçün əvvəlcə soğanı yumurta məhluluna batırın sonra isə un halına gətirdiyiniz qarğıdalı lopalarına bulayın.
Bütün soğan halqaları üçün eyni prosesi təkrar edin.
Tavaya yağ əlavə edib yaxşıca qızdırın.Qızdırılmış yağda soğan halqalarını arabir qarışdıraraq qızılı rəng alana qədər qızardın.
Artıq yağının getməsi üçün kağız dəsmalın üzərində qısa müddət saxladığınız xırtıldayan soğan halqalarını sevdiyiniz sousların müşayiəti ilə süfrəyə verin.

Qeyd : Acı dadını çıxarmaq üçün qabığı soyulmuş soğanı bol suda 30 dəqiqə saxlayın.
Qarğıdalı nişastası yerinə buğda nişastası ,qarğıdalı lopası yerinə qaleta unu istifadə edə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz