Azərbaycancaaz
Mir.az » Resept » Ev Heç Balıq Qoxmasın: Sobada Levrek Buğlama Resepti

Ev Heç Balıq Qoxmasın: Sobada Levrek Buğlama Resepti

31
asan resept,asan yemək resept,sadə resept
220 calories, 2 grams fat
Ev Heç Balıq Qoxmasın: Sobada Levrek Buğlama Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Yay süfrələri üçün asan və yüngül hazırlanan dadlı balıq yeməyinə kim yox deyə bilər? Budur, dumanı ( buğu )üstündə, bütün ləzzəti ilə buxarda hazırlanmış levrek. Hamımız bilirik ki, sağlamlığımız üçün həftədə ən azı iki dəfə balıq yeməliyik. Amma balığın faydalarından maksimum yararlanmağımız üçün bişirilmə üsulu da çox önəmlidir. Belə olan halda buxarda bişmiş balıqdan daha sağlam nə ola bilər və sobada bişib örtüldüyü üçün heç iyi də gəlmir. Evə qoxu vermədən balıq bişirə biləcəyinizə belə inanmayacaqsınız.
Mir.az sobada levrek reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

2 ədəd levrek balığı
1 ədəd soğan
2 diş sarımsaq
2 ədəd dəfnə yarpağı
1 ədəd kartof
1 ədəd kök
2 ədəd pomidor
1/3 stəkan zeytun yağı
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot

Servis üçün:
1 ədəd limon
6-7 ədəd roka göyərtisi

Hazırlanma qaydası:

Soğanı yarım halqa,sarımsağı isə xırda doğrayın.
Balıqları bir az zeytun yağı ilə yağlayıb hər tərəfini duz və istiotlayın.
Balığın qarnına doğranmış soğanı, sarımsağı və dəfnə yarpağını (və ya limon (xoşagəlməz qoxunun qarşısını almaq üçün) qoyub istiliyədavamlı soba qabına yerləşdirin.Yanına kartof, kök və pomidoru dilimləyib qoyun.
Üzərinə bir az daha zeytun yağı gəzdirib tərəvəzləri duzlayın.
Soba qabının üstünü yağlı kağızı ilə örtün ki, hava keçməsin və yağlı kağızın kənarlarını soba qabına yaxşıca bərkidib əvvəlcədən isidilmiş 190 dərəcə sobada 20 dəqiqə bişirin.
Pişirmə vaxtı bitdikdən sonra qabı sobadan çıxarın və üzərindəki yağlı kağızı diqqətlə çıxarın. Balıqlar gözəl bişmiş və ləzzətli suyunu buraxmış olacaqlar.
Balıqları servis qabına çəkin və boşqabın kənarına kartof, kök və pomidoru qoyun.
Dilimlənmiş limon və roka yarpaqları ilə bəzədilmiş levrek balığını isti halda süfrə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz