Azərbaycancaaz
Mir.az » Resept » Rəngi Nanədən : Nanəli Peçenye Resepti

Rəngi Nanədən : Nanəli Peçenye Resepti

356
asan resept,asan yemək resept,sadə resept
1015 calories, 10 grams fat
Rəngi Nanədən : Nanəli Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Nanəli peçenye yalnız gözəl rəngdə deyil, həm də çox dadlı və ətirlidir. Zərif və yumşaq nanəli peçenye bir stəkan çay üçün gözəl bir ziyafətdir. Sizdə hazırlayıb çayın və qəhvənin yanında süfrələrinizi bəzəyə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 30 qr təzə nanə yarpağı
  • 100 qr şəkər tozu
  • 100 qr kərə yağı
  • 1 ədəd yumurta
  • 200 qr un
  • 0,5 çay qaşığı qabartma tozu

Hazırlanma qaydası:

Əvvəlcə təzə nanə yarpaqlarını yuyub qurudun. Dərin bir qaba təzə nanə yarpaqlarını töküb üzərinə şəkər tozu əlavə edib qarışdırın.
Nanə və şəkər tozunu blenderlə pür halına gətirin. Daha sonra üzərinə otaq temperaturunda yumşaldılmış kərə yağı və yumurta əlavə edib qarışdırın. Un və qabartma tozunu hissə-hissə yaşıl kütləyə əlavə edib xəmir yoğurun. Xəmir yumşaq və ələ yapışan olmalıdır. Peçenyelərin yumşaq olması üçün daha çox un əlavə etmək lazım deyil. Xəmirin əllərinizə yapışmaması üçün əlinizi su ilə nəmləndirin.Yaş əllərlə kiçik parçalar ayırıb orta ölçülü toplar düzəldin və yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Peçenyeləri çəngəllə hamarlayın və əvvəlcədən 200 dərəcə qızdırılmış sobada təxminən 13-15 dəqiqə bişirin.
Bişən peçenyeləri sobada çox saxlamayın, əks halda peçenye yaşıl rəngini itirəcək.
Peçenyelər hazır olduqdan sonra çay və ya qəhvənin yanında süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz