Azərbaycancaaz
Mir.az » Resept » Brownie ‘ni xatırladan : Yaş Peçenye Resepti

Brownie ‘ni xatırladan : Yaş Peçenye Resepti

481
asan resept,asan yemək resept,sadə resept
2625 calories, 26 grams fat
Brownie ‘ni xatırladan : Yaş Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Kakaolu peçenyeləri şərbətlə birləşdirərək hazırlanan yaş peçenyelər kakaolu şirniyyat sevənlər üçündür.İsti peçenyelərin islanması kakao dadını gücləndirir və peçenyeni ağızda əriyən edir.Yaş peçenye reseptini çay süfrəniz üçün zövqlə hazırlaya bilər və bu kakaolu peçenyeləri bir fincan qəhvə ilə ,çay ilə şirin qəlyanaltı olaraq da yeyə bilərsiniz.
Braunini xatırladan bu ləzzətli keksləri qısa müddətdə mütləq hazırlamalısız.

NEÇƏ NƏFƏR ÜÇÜN

26 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 125 qram kərə yağı (otaq temperaturunda)
  • 1/2 su stəkanı duru yağ (1 barmaq daha çox)
  • 1 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 4 xörək qaşığı kakao
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • 2,5 stəkanı un

  • Şərbət üçün:
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan su ( otaq temperaturunda )

  • Servis üçün:
  • 1 xörək qaşığı Hindistan cəvizi (kokos) (və ya pudra şəkər)

Hazırlanma qaydası:

Qaba otaq temperaturunda kərə yağı,duru yağ, yumurta, şəkər tozu, kakao, vanilin və qabartma tozunu qoyub bütün maddələr birləşdirilənə qədər qarışdırın.Sonra unu yavaş-yavaş əlavə edib ələ yapışmayan xəmir yoğurun.
Hazırladığınız xəmirdən qoz böyüklüyündə parçalar qoparıb ovucunuzda yumrulayıb barmağınızla ortasına yüngülcə basdıqdan sonra yağlı kağız sərilmiş soba qabına qoyun. Əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 20 dəqiqə bişirin.
Peçenyeləriniz sobada olarkən şərbət üçün lazım olan şəkər tozu və suyu bir qabda qarışdırın.
Peçenyelər sobadan çıxanda 2 dəqiqə gözləyib hazırladığınız şərbətin içinə bir-bir atıb, çevirib süfrəyə qoyun.
Bütün peçenyeləri bu şəkildə şərbətə batırdıqdan sonra qalan şərbəti üzərinə tökün və bütün şərbəti canına çəkənə qədər gözləyin.
Peçenyelər şərbəti canına çəkdikdən sonra üzərini kokosla bəzəyib servis edin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz