Azərbaycancaaz
Mir.az » Resept » Ətri , Aroması Almadan : Almalı Peçenye Resepti

Ətri , Aroması Almadan : Almalı Peçenye Resepti

659
asan resept,asan yemək resept,sadə resept
1030 calories, 10 grams fat
Ətri , Aroması Almadan : Almalı Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Peçenye resepti.
Çayın yanına tezbazar peçenye hazırlamaq istəyirsinizsə bu resept sizin üçündür. Mir.az ətirli və dadlı almalı peçenye reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

30 qr kərə yağı
270 qr alma
2 xörək qaşığı limon suyu
1 çay qaşığı darçın tozu

Xəmiri üçün:
200 qr şəkər tozu
1 ədəd yumurta
110 qr əridilmiş kərə yağı
370 qr un
1 çay qaşığı qabartma tozu
0,5 çay qaşığı duz
Hazırlanma

Hazırlanma qaydası:

Kərə yağını əridin və üzərinə qabığı soyulmuş, xırda doğranmış alma və darçın tozunu səpib qarışdırın. Ocağın üstündə almaların suyu çəkilənə qədər bişirin.
Daha sonra bişmiş almaları ocaqdan götürüb üzərinə limon suyu sıxıb blenderlə püre halına gətirin.
Bir qabda alma püresinin üzərinə yumurta , şəkər tozu və kərə yağı töküb qarışdırın. Ələnmiş un, duz və qabartma tozu da əlavə edib yumşaq , ələyapışqan xəmir yoğurun.Xəmirdən 1 xörək qaşığı qədər götürüb dairələr düzəldin. (Dairələri əlinizi isladaraq yuvarlamağınız məsləhətdir. )
Yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla yerləşdirib 30 dəqiqəlik soyuducuya yerləşdirin. Soyuducudan çıxarıb dairələri bir-bir una bulayıb yağlı kağız sinisinə yeləşdirin və (Xəmirlərin üzərinə yüngül basın. ) əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.
Bişən peçenyeləri soyudun və üzərinə şəkər kirşanı səpib süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz