Azərbaycancaaz
Mir.az » Resept » Olduqca Yüngül : Şərbətli Badam Peçenyesi Resepti

Olduqca Yüngül : Şərbətli Badam Peçenyesi Resepti

2 048
asan resept,asan yemək resept,sadə resept
1225 calories, 12 grams fat
Olduqca Yüngül : Şərbətli Badam Peçenyesi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Adını görünüşündən alan çox asan hazırlanan bir resept… Əgər çox vaxtınız yoxdursa, amma şərbətli desert hazırlamaq istəyirsinizsə, doğru ünvandasınız.Zəhmət olmasa oxumağa davam edin və sonra mətbəxinizə keçin.Mətbəxinizdə hər zaman olan inqrediyentlərlə cəmi 15 dəqiqəyə hazırlaya biləcəksiniz. Üstəlik, bir neçə inqrediyentlə çoxlu xırda badam şəklində dadlı peçenyelər alınacaq.
Şərbətli olduğuna görə də narahat olmayın, çox yüngüldür. Mir.az şərbətli badam peçenyesi reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:


    Xəmir üçün:
  • 60 qram otaq temperaturunda kərə yağı
  • 1/3 stəkan zeytun yağı
  • 1/3 stəkan şəkər tozu
  • 1 ədəd yumurta
  • 1 paket vanil
  • 1/2 paket qabartma tozu
  • 2 1/4 stəkan un

  • Üzəri üçün:
  • 1/3 stəkan mannı

  • Şərbət üçün:
  • 1.5 stəkan şəkər tozu
  • 2 stəkan su
  • 1-2 damcı limon suyu

  • Bəzəmək üçün:
  • 1 xörək qaşığı Hindistan cəvizi tozu (kokos)

Hazırlanma qaydası:

Şərbət üçün lazım olan suyu və şəkər tozunu bir qazana qoyub şəkər tozu əriyənə qədər qarışdırın. Qaynamağa başlayanda 10 dəqiqə qaynadın və sonra limon suyunu əlavə edib 5 dəqiqə daha qaynadıb ocağı söndürüb şərbəti soyumağa qoyun.
Xəmir üçün lazım olan bütün inqrediyentləri qarışdırma qabına töküb yoğurun. Yapışmayan və kifayət qədər yağlı xəmir əldə etmiş olacaqsınız.
Soba qabına yağlı kağız sərin və hazırladığınız xəmirdən qoz böyüklüyündə parçalar qoparıb ovucunuzda yuvarlayın. Sonra irmikə batırıb badam kimi oval forma vermək üçün yüngülcə sıxın.Bu şəkildə bütün xəmirləri hazırlayıb soba qabına düzün.
Xəmirə forma verib bitirdikdən sonra bıçağın arxası ilə hazırladığınız oval formalı desertlərin ortasına çox dərin olmayan yarıqlar çəkin.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 25 dəqiqə peçenyelərin üstü qızılı rəng alana qədər bişirin.
Peçenyeləri sobadan çıxardıqdan sonra 1-2 dəqiqə sonra başqa qaba köçürün.
Peçenyelər isti olarkən üzərinə soyudulmuş şərbəti tökün və şərbət hopana qədər gözləyin ( şərbət mütləq soyuq olmalıdır. Əks halda peçenyelər xəmir olacaq).
Peçenyelər soyuduqdan sonra aralıqları kokosla doldurub bəzədikdən sonra çay və ya qəhvənin yanında süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz