Azərbaycancaaz
Mir.az » Resept » Ağızda Dağılır: Portağallı Peçenye Resepti

Ağızda Dağılır: Portağallı Peçenye Resepti

589
asan resept,asan yemək resept,sadə resept
2420 calories, 24 grams fat
Ağızda Dağılır: Portağallı Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Qış fəsli gəldikdə bol olan portağal bir çox desertlərə, şirniyyatlara yüngül və təravətli ətir bəxş edir.Şübhəsiz ki ,peçenye ən ləzzətli portağal dadını hiss etdiyimiz reseptlərdən biridir. Əlbəttə ki, söhbət bir az çatlamış və şəkər tozu ilə örtülmüş dadlı ev peçenyelərindən gedir. Hər evdə bişirilən bu ləzzət eyni zamanda çay, qəhvə və ilıq südün ən ləzzətli yoldaşından biridir.Mir.az portağallı peçenye reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

24 nəfərlik

HAZIRLIQ VAXTI

40 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 2 ədəd yumurta (1 sarısı ayrılacaq)
  • 1 stəkan qatıq
  • 1 stəkan maye yağ
  • 1 stəkan şəkər tozu
  • 1 ədəd portağalın qabığı
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • 3,5 stəkan un

  • Üzəri üçün:
  • 1 ədəd yumurta sarısı (ayırdığınız)
  • 2 xörək qaşığı şəkər tozu

Hazırlanma qaydası:

Bir qaba bir yumurta və bir yumurtanın ağı, şəkər tozu, qatıq, yağ və portağal qabığını əlavə edib qarışdırın.( İstəsəniz damla şokolad da əlavə edə bilərsiniz. )
Qabartma tozu və vanili əlavə etdikdən sonra unu nəzarətli şəkildə əlavə edib qulaq məməsi kimi xəmir yoğurun. ( Vaxtınız varsa,30 dəqiqəlik soyuducuya qoyun.)
Hazırladığınız xəmirdən iri qoz parçaları götürüb əlinizdə yumrulayın və yağlı kağızla sərilmiş soba qabına qoyun. Üzərinə yumurta sarısı çəkib,şəkər tozuna batırıb yenidən soba qabına qoyun.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada üstü qızılı rəng alana qədər təxminən 15 dəqiqə bişirin. Sobadan çıxarıb portağal qabığı ilə bəzəyib çay və ya qəhvənin yanında süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz