Tam Fərqli :Sobada Qaz Yağında Kartof Qızartması Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Qaz yağı kartofu qızılı qəhvəyi olana qədər qızartmaq üçün idealdır və kartoflara maye yağdan daha yaxşı dad verir. Mir.az qaz yağında kartof qızartmasının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
60 dəqiqəTərkibi:
1 kq təzə kartof1 xörək qaşığı duz
120 qr qaz yağı
10 budaq rozmarin (bibəriyə)
10 diş sarımsaq
1 çay qaşığı dəniz duzu
Hazırlanma qaydası:
Kartofu soyub nişastasını çıxarmaq üçün soyuq suda yuyun. (Və ya qabığını soymadan yaxşıca yuyun. )
Dərin bir qazana soyuq su və duz töküb qaynamağa qoyun. Qaynayan suya kartofları əlavə edib 10 dəqiqə zəif odda bişirib süzün.
Əvvəlcədən sobanı 220 dərəcə qızdırın. Qaz yağını kənarları hündür soba qəlibinə qoyub qızdırılmış sobaya yerləşdirin və yağın əriyib qəlibin istiləşməsini gözləyin. Kartofu qızdırılan yağa töküb və hər 15 dəqiqədən bir çevirərək 1 saat yaxşıca qızardın. Bişirmə vaxtının son 20 dəqiqəsində qəlibə rozmarin və sarımsağı əlavə edin. Kartofun çöl hissəsi yaxşıca qızarıb xırtıldayırsa sobadan götürüb boşqaba qoyun və dəniz duzu səpib süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz