Azərbaycancaaz
Mir.az » Resept » Sobada Bol Ədviyyatlı Kartof Resepti

Sobada Bol Ədviyyatlı Kartof Resepti

449
asan resept,asan yemək resept,sadə resept
Bir böyük soba qabı20 calories, Bir böyük soba qabı grams fat
Sobada Bol Ədviyyatlı Kartof Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Hər evdə mütləq bişən , hər kəsin sevdiyi kartof bu dəfə sağlıqlı bir şəkildə sizlərlə. Sobada ədviyyatlı kartof ; kartofun dadına dad qatan ədviyyatlar sobada bişdiyi üçün daha ləzzətli ve daha sağlıqlı olur. Ət , toyuq , kotletlərin yanına da bişirib qoya bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN

Bir böyük soba qabı nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

1/2 stəkan isti su
2 xörək qaşığ soda
1 xörək qaşığı duz
5 stəkan su

6 ədəd kartof
1 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot
1/2 çay qaşığı kimyon
1/2 çay qaşığı qırmızı bibər tozu
2 diş sarımsaq (rəndələnmiş və əzilmiş)
1 çay qaşığı kəklikotu
2 xörək qaşığı zeytun yağı

Hazırlanma qaydası:

Böyük bir qaba isti su, soda və duz əlavə edin.
Kartofları yaxşıca yuduqdan sonra qabığını soyub barmaq formasında dilimləyin.
Kartofları qarışımın içinə töküb 15 dəqiqə gözləyin.
Sonra kartofları çıxarıb tamamilə quruması üçün təmiz mətbəx dəsmalı ilə yaxşıca qurudun. Qurudulmuş kartofu dərin bir qaba töküb üzərinə zeytun yağı, əzilmiş sarımsaq və bütün ədviyyatları əlavə edib yaxşıca qarışdırın.
Soba qabına yağlı kağız qoyub üst-üstə düşməməsi üçün kartofları yayın. Əvvəlcədən isidilmiş 220 dərəcə sobaya qoyub təxminən 20 dəqiqə bişirin.
Sobada kartof bişərkən,10 dəqiqədən sonra sobadan çıxarıb ,qarışdırıb yenidən sobaya qoyub bişirin.

Şərhlər 1

Şərh Yaz
  1. Qonaq Ferid
    Qonaq Ferid
    Qonaq
    Super yoxlayacam

Şərh Yaz