Azərbaycancaaz
Mir.az » Resept » Kafe və Restoranlardakı Kartof Friləri Unudun : Kartof Frilərinin Hazırlanma Qaydası və Resepti

Kafe və Restoranlardakı Kartof Friləri Unudun : Kartof Frilərinin Hazırlanma Qaydası və Resepti

1 372
asan resept,asan yemək resept,sadə resept
110 calories, 1 grams fat
Kafe və Restoranlardakı Kartof Friləri Unudun : Kartof Frilərinin Hazırlanma Qaydası və Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Kartof qızartması böyükdən kiçiyə hər kəsin sevdiyi bir yemək növüdür. Fast food restoranlarındakı kartofları unutduracaq ən dadlı və xırçıldayan kartof qızartmasını hazırlamaq istəyirsinizsə Mir.az-ın təqdim etdiyi resept və məsləhətləri oxumağınız tövsiyyə olunur.

NEÇƏ NƏFƏR ÜÇÜN

1 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

3-4 ədəd kartof
1,5 xörək qaşığı un
1 çay qaşığı qarğıdalı nişastası
1 paket qabartma tozu
2 çay qaşığı duz

Qızartmaq üçün:
1/2 stəkan bitki yağ

Hazırlanma qaydası:

Kartofların qabığını soyub dilimləyin və bol suyun içərisində yuyun. Yuyulan kartofları kağız dəsmalla qurulayıb üzərinə un, nişasta, duz və qabartma tozu əlavə edib qarışdırın. Bol qızğın yağın içərisinə atıb arabir çevirərək qızardın.

*XIRÇILDAYAN KARTOF QIZARTMASI ÜÇÜN 1-Cİ ÜSUL
Kartoflarınızın xırçıltılı olması üçün tətbiq edəcəyiniz birinci üsul kartofları doğradıqdan sonra soyuq suyun içərisində saxlamaqdır. Daha sonra suyun içərisinə iki damcı sirkə tökün. Kartoflar qızardıqda istədiyiniz kimi olduğunu görəcəksiniz.

*XIRÇILDAYAN KARTOF QIZARTMASI ÜÇÜN 2-Cİ ÜSUL
Kartofların xırçıldayan olması üçün bir başqa üsulda isə soda və duzu qarışdırın. Bu qarışığın içərisinə kartofları tökün və 30 dəqiqə gözlədin. Daha sonra suyun içərisindən çıxarıb qızardın.

*XIRÇILDAYAN KARTOF QIZARTMASI ÜÇÜN 3-CÜ ÜSUL
Kartof qızartdıqda xırçıldayan olması üçün ən asan üsullardan biri də kartofları dondurmaqdır. Kartofları dilimlədikdən sonra dondurucuya yerləşdirin və dondurun. Daha sonra bol yağın içərisində qızardın.

*XIRÇILDAYAN KARTOF QIZARTMASI ÜÇÜN 4-CÜ ÜSUL
Kartofları qızardacaqsınızsa yuduqdan sonra mütləq kağız dəsmalın köməyi ilə qurulayın.

Şərhlər 1

Şərh Yaz
  1. Qonaq Sərxan
    Qonaq Sərxan
    Qonaq
    Bilgilər üçün çox sağ olun 👍

Şərh Yaz