Küçə Ləzzəti : Türkiyə Mətbəxindən Balıq Ekmek Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
“Balıq ekmek” türk mətbəxinin ləziz yeməyidir. Bu yeməyin adı “balıqlı çörək “kimi tərcümə olunur. Balıq ekmek bişirilməsi asan, lakin çox dadlı və doyurucu yeməkdir. O, bişmiş balıq və tərəvəz ilə sendviçdir. Ənənəvi olaraq, bu qəlyanaltı üçün balıq müxtəlif ədviyyatlarla kömür üzərində bişirilir. Yaxşı havalarda skumbriya qrildə bişirilə bilər, evdə isə elektrik qrilində bişirmək olar. Əgər belə bir mətbəx köməkçiniz yoxdursa, qril qabı və ya sobadan istifadə edə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
1 ədəd çörək ( türk çörəyi )1 ədəd skumbriya balığı
1 ədəd pomidor ( dilimlənmiş )
1 ədəd soğan
1/2 limonun suyu
3 xörək qaşığı zeytun yağı
2 çay qaşığı sumaq
1 çay qaşığı duz
1/2 çay qaşığı istiot
1 çimdik incə doğranmış cəfəri
6 yarpaq kahı
Hazırlanma qaydası:
Balığı yuyub başını, quyruğunu və üzgəclərini kəsib iç hissəsini çıxarın. Və 2 yerə bölüb böyük sümüklərini çıxarın.
Balığı duz və istiotlayıb tavada hər iki üzünü qızardın.
Soğanı nazik yarım ay formasında doğrayın və duz səpib yüngülcə ovun. Üzərinə sumaq və incə doğranmış cəfəri əlavə edib qarışdırın.
Pomidoru dilimləyin.
Çörəyi 2 yerə bölüb içinə balığı yerləşdirin. Üzərinə sumaqlı soğan və dilimlənmiş pomidor qoyun. Sonda kahını yerləşdirib duz səpin.
Yanına limon doğrayıb süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz