Azərbaycancaaz
Mir.az » Resept » Yeni İl Süfrəsinə Çox Yaraşacaq : Badamlı Toyuq Dolması Resepti

Yeni İl Süfrəsinə Çox Yaraşacaq : Badamlı Toyuq Dolması Resepti

57
asan resept,asan yemək resept,sadə resept
8140 calories, 8 grams fat
Yeni İl Süfrəsinə Çox Yaraşacaq : Badamlı Toyuq Dolması Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Xüsusi günlərdə , bayram günlərində süfrənizi bəzəyən ləzzətli toyuq dolması hazırlaya bilərsiniz. Həm qonaqlarınız , həm də evdəkilər dadına , ləzzətinə heyran qalacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

35 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

140 dəqiqə

Tərkibi:

  • 1 ədəd bütöv toyuq
  • 1 stəkan düyü
  • 1 stəkan qabığı soyulmuş badam ləpəsi
  • 1 stəkan su
  • 1/2 dəstə cəfəri
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı istiot
  • 2 ədəd dəfnə yarpağı
  • 1 ədəd darçın çubuğu
  • 1 xörək qaşığı kərə yağı
  • 1 xörək qaşığı pomidor sousu
  • 1/2 stəkan maye yağ

Hazırlanma qaydası:

İlk öncə bütöv bir toyuğu yaxşıca yuyub mətbəx salfeti ilə iç və çöl hissəsini qurulayın. Quruladıqdan sonra duz, istiotla yaxşıca ovun.
Düyünü yuyub 1 xörək qaşığı kərə yağıyla tavada qovurun.Üzərinə 1 stəkan su və duz əlavə edib tavanın qapağını bağlayın.Düyünü yüngül diri qalacaq şəkildə bişirin. Bişən düyüyə 1 çimdik istiot əlavə edib qarışdırın.
Hazırladığınız düyülü içliyi toyuğun iç hissəsinə doldurub təmiz bir iynə və iplik ilə toyuğun açıq qisimlərini tikin.Toyuğun bir neçə yerindən dəliklər açın və toyuğun hər tərəfinə pomidor sousu yaxın. Yandırmayan,yapışdırmayan tavada yarım stəkan duru yağı qızdırın və toyuğu iki tərəfli bir az qızardın. Qızaran toyuğu dərin bir qazana yerləşdirib üzərinə duz, dənə istiot,darçın çubuğu, dəfnə yarpağı və üzərini keçəcək qədər isti su əlavə edib orta ocaqda 1,5 saat bişirin. (Bişməyini çəngəllə yoxlaya bilərsiniz. )
Bişən toyuğu qazandan çıxarıb soba sinisinə yerləşdirin. Üzərinə bir çay qaşığı pomidor sousu və 1 çay qaşığı zeytun yağı yaxıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin.
Toyuq sobada qızarana qədər tavada qabığı soyulmuş badamları 1 xörək qaşığı zeytun yağında qovurun.
Hazır olan toyuğun üzərinə çox xırda doğranmış cəfəri və qovrulmuş badamları səpib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN 😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz