Darçınlı Yeni İl Peçenyeləri Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Hər kəs bayram süfrəsini hər zamankindən fərqli və daha bəzəkli görmək istəyir. Bunun üçün müxtəlif şiniyyatlar hazırlayır. Ancaq bu hazırlığı uşaqlarla birgə etmək həm onlar üçün də əyləncəli olacaq. Darçınlı peçenyelərini hazırlayıb üzərini müxtəlif formada bəzəyə bilərsiniz

NEÇƏ NƏFƏR ÜÇÜN
15 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
12 dəqiqəTərkibi:
200 qr bal1 ədəd yumurta
500 qr un
100 qr şəkər tozu
130 qr kərə yağı
1 xörək qaşığı kakao
1 paket qabartma tozu (10 qr)
1 çay qaşığı zəncəfil tozu
yarım çay qaşığı darçın tozu
yarım çay qaşığı muskat qozu
Qlazur üçün:
1 ədəd yumurta ağı
250 qr şəkər kirşanı
1 çay qaşığı limon suyu
qida boyaları
Hazırlanma qaydası:
Bir qazana bal, şəkər tozu və ədviyyatları tökün.
Qazanı ocağın üstünə qoyub arabir qarışdırın. Bir neçə dəqiqə sonra kütlə köpüklənəcək.
Ocaqdan götürüb başqa bir qaba boşaldın. Üzərinə kərə yağı əlavə edib yaxşıca qarışdırın. Daha sonra yumurta töküb taxta qaşıqla qarışdırın. Üzərinə un töküb xəmir yoğurun.
Xəmiri streç salafana büküb 1,5-2 saatlıq soyuducuya yerləşdirin.
Soyuducudan çıxardığınız xəmiri dəzgahda oxlovla 4-5 mm qalınlığında yayın. Xəmirdən fiqurlarla peçenyelər kəsin. Peçenyeləri yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün və 180 dərəcə qızdırılmış sobada 7-12 dəqiqə bişirin. Bişən peçenyeləri sinidən çıxarıb soyudun.
Qlazur üçün yumurta ağını tel çırpıcıyla 2-3 dəqiqə köpüklənənədək çırpın.
Üzərinə ələnmiş şəkər kirşanını tədricən əlavə edib yaxşıca qarışdırın.
Kütləni bir neçə qablara ayırıb üzərinə limon suyu və istifadə edəcəyiniz qida boyasını töküb qarışdırın.
Konditer torbasını uzun stəkanın içərisinə keçirin və qlazuru tökün. Eyni şəkildə istədiyiniz rəngə boyadığınız qlazurları konditer torbasına doldurub uc hissəsini kəsin. Kontur hissəsi üçün ayırdığınız kütləyə qatı olması üçün bir az şəkər kirşanı əlavə edib qarışdırın. Kontur hissəsini çəkib quruması üçün yarım saatlıq kənara qoyun. Peçenyeleri zövqünüzə görə bəzəyin.
Rəngli qlazuru çəkərkən diş çöpünün köməyi ilə səliqəyə salın.

Şərhlər 0
Şərh Yaz