Uşaqların Sevimlisi : Dadlı , Ləzzətli Bulka Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Şirniyyat resepti.
Uşaq bağçasında bişən inanılmaz dərəcədə dadlı və şirin bulkanı uşaqlarınız üçün özünüz bişirə bilərsiniz.
Uşaq bağçasında bişən inanılmaz dərəcədə dadlı və şirin bulkanı uşaqlarınız üçün özünüz bişirə bilərsiniz.
NEÇƏ NƏFƏR ÜÇÜN
7 nəfərlikHAZIRLIQ VAXTI
30 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
300 qr un130 ml su
70 qr şəkər tozu
10 qr quru maya
60 qr yumşaq kərə yağı
1 çimdik duz
Üzəri üçün:
1 ədəd yumurta
Hazırlanma qaydası:
Bir qaba unun çox hissəsini və mayanı tökün. Daha sonra üzərinə isti su və 1 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırın. Qabın üzərinə streç sellofan keçirib isti yerdə 20-30 dəqiqə saxlayın. Yarım saat sonra üzərinə qalan şəkər tozunu, unu, 1 çimdik duzu və əridilmiş kərə yağını əlavə edib xəmir yoğurun. Xəmiri bitki yağıyla yağlanmış təmiz bir qaba qoyub üzərini streç sellofanla örtün. 1-1,5 saat kənarda saxlayın.
Unlanmış dəzgahın üzərində xəmiri 7 bərabər hissəyə bölün. Kündələyib yağlanmış soba sinisinə düzün. Yumurtanı çəngəllə yüngül çırpıb kündələrin üzərinə yaxın və mətbəx dəsmalı ilə üstünü örtüb 15-20 dəqiqə kənarda saxlayın.
Həcmi artan bulka xəmirlərinə yenidən yumurta çəkib şəkər tozu səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.
Bişdikdən sonra çayın yanında süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 1
Şərh Yaz