Azərbaycancaaz
Mir.az » Resept » İspanaqlı , Pendirli : Ləzzətli Börək Resepti

İspanaqlı , Pendirli : Ləzzətli Börək Resepti

22
asan resept,asan yemək resept,sadə resept
960 calories, 9 grams fat
İspanaqlı , Pendirli : Ləzzətli Börək Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Börək resepti.
Özünüzü və ailənizi ispanaqlı, pendirli qeyri-adi və dadlı çörəklərlə sevindirin. Təzə bişmiş, isti, xırtıldayan qabığı ilə səhər yeməyi üçün bir fincan qəhvə ilə və axşam yeməyi üçün – şorba ilə də əladır. Mir.az ispanaqlı və pendirli börək reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

9 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

60 dəqiqə

Tərkibi:

Xəmiri üçün:
300 qr un
5 qr quru maya
5 qr duz
1 çay qaşığı şəkər tozu
90 ml isti su
90 ml isti süd
3 xörək qaşığı bitki yağı

İçlik üçün:
200 qr kəsmikli pendir
100 qr ispanaq
100 qr mozarella pendiri

Üzəri üçün:
1 ədəd yumurta sarısı
1 xörək qaşığı süd

Hazırlanma qaydası:

Bir qabda ələnmiş unun üzərinə duz və maya töküb qarışdırın. Üzərinə bitki yağı, isti süd və isti suyu töküb xəmir yoğurun.
Yağlanmış qaba xəmiri qoyub üzərini örtün və 1-1,5 saatlıq isti yerdə saxlayın.
Mayalanan xəmiri dəzgahın üzərində 40×30 sm-lik düzbucaqlı formada yayıb üzərinə kəsmikli pendir çəkin. Daha sonra üzərinə doğranmış ispanaq və sürtgəcdən keçilmiş mazorella səpin.( Zövqə görə duz səpə bilərsiniz.) Geniş tərəfindən bükərək rulet forması verin və 9 hissəyə bölün.
Yağlanmış qəlibə hissələri çevirərək düzün. Üzərinə çəngəllə yüngül çırpılmış süd və yumurta qarışığını çəkib əvvəlcədən 170-180 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin. (Əsas odur ki, tələsməyin ki, yaxşıca bişsin. )Üstü qızarırsa və bişdiyinə əmin deyilsinizsə, formanı alüminium folqa kağızıyla örtüb bişirmə vaxtını artırın.
Bişdikdən sonra süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz