Azərbaycancaaz
Mir.az » Resept » Uşaqların Sevimlisi : Sendviç Peçenye Resepti

Uşaqların Sevimlisi : Sendviç Peçenye Resepti

1 259
asan resept,asan yemək resept,sadə resept
820 calories, 8 grams fat
Uşaqların Sevimlisi : Sendviç Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Anaların uşaqları üçün nahar çantasına qoya biləcəyi evdə hazırlanmış ən dadlı peçenyelərdən biri sendviç peçenyedir. Sendviç peçenye uşaqlar üçün tam olaraq şirin və ləzzətli peçenye reseptidir.
Üstəlik onu bütün uşaqlar sevir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 5 xörək qaşığı kərə yağı
  • 1 ədəd yumurta
  • 3/4 stəkan şəkər tozu
  • 180 qram tünd şokolad
  • 1/2 stəkan süd
  • 1 çay qaşığı vanil
  • 3/4 stəkan kakao
  • 2,5 stəkan un

  • Krem üçün:
  • 2 paket krem şanti
  • 1/2 stəkan soyuq süd

  • Servis üçün:
  • 1 xörək qaşığı pudra şəkər

Hazırlanma qaydası:

Tünd şokoladı kiçik parçalara ayırıb qaynar su ilə doldurulmuş qazanın üzərinə qoyduğunuz şüşə qaba qoyub taxta qaşıqla və ya spatula ilə davamlı qarışdıraraq əridin.
Otaq temperaturunda saxladığınız kərə yağını,şəkər tozunu şəkər tamamilə həll olunana qədər yüksək sürətlə qarışdırın.
Süd və yumurta əlavə edib qarışdırmağa davam edin. Daha sonra əritdiyiniz şokolada əlavə edin. Üzərinə ələnmiş un və kakaonu töküb ələ yapışmayan xəmir yoğurun.
Hazırladığınız xəmiri azca unlanmış mətbəx dəzgahına qoyun. Çox qalın olmasın deyə oxlovla açın. Dəyirmi qəlib və ya su stəkanının ağzı ilə bərabər sayda peçenye xəmiri kəsin.
Peçenyeləri yağlı kağız sərilmiş soba sinisində əvvəlcədən isidilmiş 170 dərəcə sobada 15-20 dəqiqə bişirin.
Krem üçün soyuq südə iki paket krem ​şanti​ əlavə edib qatılaşana qədər çalın. Və soyuması üçün soyuducuya qoyun.
Peçenyeləri sobadan çıxarıb otaq temperaturunda soyudun və hazırladığınız kremlə sendviç kimi hazırlayın.
Soyuduqdan sonra çay və ya qəhvənin yanında sevdiklərinizlə bölüşə bilərsiniz.
Zövqə görə üzərlərinə pudra şəkər səpin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz