Azərbaycancaaz
Mir.az » Resept » Yüngülmü Yüngül : Fincanda Şokolad Souslu Desert Resepti

Yüngülmü Yüngül : Fincanda Şokolad Souslu Desert Resepti

133
asan resept,asan yemək resept,sadə resept
1020 calories, 10 grams fat
Yüngülmü Yüngül : Fincanda Şokolad Souslu Desert Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Ən yüngül südlü desertlərdən biri olan, hazırlanması asan reseptlə qarşınızdayıq və şokolad sevənlər onu yeyərkən çox sevinəcəklər. Əllərinizə qüvvət deyib çay saatlarınızı gözəlləşdirəcək fincanda şokolad souslu desert hazırlamaq üçün sizi mətbəxə dəvət edirik.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 1 litr süd
  • 2 xörək qaşığı un
  • 3 xörək qaşığı nişasta
  • 1 stəkan şəkər tozu (stəkandan 1 barmaq aşağı)
  • 1 ədəd yumurta sarısı
  • 1 paket vanil
  • 1 paket qaymaq
  • 2 xörək qaşığı labne pendiri
  • 3 paket petibör ( petite beurre ) peçenye
  • 100 qram tünd şokolad

Hazırlanma qaydası:

Krem üçün yumurtanın sarısını, südü, unu,nişastasını, şəkər tozunu yaxşıca çalıb ocağın üstünə qoyub qarışdıraraq bişirin.
Bişdikdən sonra vanil əlavə edib qarışdırın və ocaqdan götürün.
Biraz ilıq olanda kremin yarısına labne pendiri əlavə edib mikserin yüksək sürətində çalın.
3 paket biskviti toz halına gətirin.
Krem və biskvitləri qat-qat fincanlara doldurun.
Qalan kremi qaynama həddinə çatana qədər qızdırın və içinə şokolad atıb qarışdıraraq əridin. Əridikdən sonra şokoladı fincanların üstünə tökün və desertlərin soyuması üçün soyuducuya yerləşdirin.
Soyuduqdan sonra servis edə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz