Azərbaycancaaz
Mir.az » Resept » Forması ilə Göz Oxşayan: Rəngli Drajeli Cupcake Resepti

Forması ilə Göz Oxşayan: Rəngli Drajeli Cupcake Resepti

157
asan resept,asan yemək resept,sadə resept
820 calories, 8 grams fat
Forması ilə Göz Oxşayan: Rəngli Drajeli Cupcake Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
İstiliyədavamlı qəliblərə qoyulmuş kağız üzərində öz həcmini iki dəfə artıran cupcakelər əvvəlcədən hazırlanıb soyuducuda soyuyan kremlə kremlənir,üzərinə rəngli drajelər qoyulur və bonbonlu keks resepti ortaya çıxır.Ağızlar dadlanır,xoşbəxtlik və kalori onunla gəlir.Şübhəsiz, doğrudur ki, cupcake çox kalorili bir xəmirdir, lakin əvvəl və sonra yediklərinizə diqqət yetirsəniz və bir az idmanla bunun öhdəsindən gələ bilərsiniz.

Xoşbəxt olmaq üçün özünüzə vaxt ayırın və mətbəxə baş çəkin. Keklər hazırlayın və sizin üçün xatirəsi olan bir fincanda qəhvə və ya çay dəmləyin. Sevimli kitabınızı götürün və stulda əyləşin. Siz buna dəyərsiniz əmin olun.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

40 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 2 ədəd yumurta
  • 5 xörək qaşığı şəkər tozu
  • 1/2 stəkan süd
  • 1/3 stəkan duru yağ
  • 1 ədəd sürtkəcdən keçilmiş portağal qabığı
  • 1 ədəd sürtkəcdən keçilmiş limon qabığı
  • 1.5 stəkan un
  • 1 paket qabartma tozu

  • Krem üçün:
  • 200 ml. qaymaq
  • 1 paket şanti krem
  • 50 qram südlü şokolad
  • 50 qram ağ şokolad
  • 4 xörək qaşığı şəkər tozu

  • Servis üçün:
  • 100 qram bonbon (rəngli draje)

Hazırlanma qaydası:

Cupcake hazırlamağa başlamazdan əvvəl kremi hazırlayın.
Aldığınız qaymağı kiçik bir qazanda vam odda qaynamağa qoyun .Qaynayan zaman südlü və ağ şokoladı doğrayıb qaymağa əlavə edin və ocağın altını söndürün. Əlavə etdiyiniz şokoladları qarışdırın və qaymağın özünün temperaturunda əridin.Əridikdən sonra qatılaşması və soyuması üçün kənara qoyun.
Otaq temperaturunda gözləyən şokolad qarışığına krem ​​şanti və şəkər tozu əlavə edib mikserlə çalın. Çaldıqdan sonra 1 saat soyuducuda saxlayın.
Keks xəmirini hazırlamaq üçün yumurta və şəkər tozunu mikserlə çalın.
Otaq temperaturunda olan süd, duru yağ, portağal və limon qabıqlarını əlavə edib çalmağa davam edin. Ələnmiş un və qabartma tozunu əlavə etdiyiniz qarışığı taxta qaşıqla qarışdırın.
İstiliyədavamlı muffin qablarına keks kağızları qoyun.Hazırladığınız keks xəmirindən dörd yemək qaşığı qədər doldurun və kiçik bir qabarma payı buraxın.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada 20 dəqiqə bişirin. Mümkünsə, sobadan çıxardığınız cupcakeləri otaq temperaturunda 10 dəqiqə soyumağa qoyun. Soyuducuda gözləyən və qatılaşan kremi sıxma torbasına doldurub soyuyan kekslərin uc hissəsini istədiyiniz formada kremləyin.
Bəzədiyiniz və bonbonlarla rəng qatdığınız keksləri soyuducuda saxladıqdan sonra servis edə bilərsiz.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz