Azərbaycancaaz
Mir.az » Resept » Onu Ən Çox Uşaqlar Sevir : Dadına Doyum Olmayan Donut Resepti

Onu Ən Çox Uşaqlar Sevir : Dadına Doyum Olmayan Donut Resepti

651
asan resept,asan yemək resept,sadə resept
1220 calories, 12 grams fat
Onu Ən Çox Uşaqlar Sevir : Dadına Doyum Olmayan Donut Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Donut (ingilis: doughnut və ya donut) sevirsiniz, ancaq yağlı, kalorili olduğu üçün yeyə bilmirsiniz? Elə isə dadlı donutu sobada bişirin. Mir.az klassik donutlardan fərqli olaraq sobada hazırlanan dadlı, yumşaq donutların reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

45 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 1 stəkan ilıq süd
  • 1 stəkan ilıq su
  • 1 stəkan duru yağ
  • 150 qr otaq temperaturunda yumuşadılmış marqarin
  • 1 stəkan şəkər tozu
  • 1 çimdik duz
  • 1 paket yaş maya
  • Apardığı qədər un

  • Şokolad sousu üçün:
  • 1/2 stəkan un
  • 1/2 stəkan kakao
  • 1 stəkan şəkər tozu
  • 2 stəkan süd
  • 2 xörək qaşığı maye yağ

Hazırlanma qaydası:

Bir qabda maya, şəkər tozu və ilıq suyu töküb qarışdıraraq mayanı və şəkər tozunu əridin. Daha sonra yumuşaq marqarini, duru yağı, südü və duzu töküb, az-az un əlavə edərək yoğurmağa başlayın. Qoğal xəmiri halında bir xəmir əldə edin. Xəmiri otaq temperaturunda 1 saat mayalanmaya qoyun. Mayalanan xəmirdən bir kündə qoparıb un səpərək dəzgahın üzərində oxlovla açın və su stəkanı və ya bir xəmir qəlibiylə kəsin. Daha sonra kiçik bir qəliblə təkrar kəsərək ortası dəlik xəmirlər əldə edin. Xəmirləri ehtiyyatla yağlı kağız sərdiyiniz soba sinisinə yerləşdirin və 20 dəqiqə gözləyin. Qabaran xəmirləri əvvəlcədən 200 dərəcə qızdırılmış sobada üzərləri qızarana qədər bişirin.
Xəmirlər bişərkən şokolad sousunu hazırlayın. Geniş bir qazana un, kakao,şəkər tozu və südü töküb tel çırpıcıyla çırpın. Qazanı ocağa qoyub dayanmadan qarışdıraraq 4-5 dəqiqə bişirin. Ocaqdan götürüb 2 xörək qaşığı duru yağ əlavə edərək soyuması üçün kıanara qoyun.
Bişən donutları sobadan çıxarıb soyudun. Daha sonra donutların üzərlərini hazırladığınız şokolad sousunu bulayıb , üzərink zövqə görə bəzəyib kənarda 5-10 dəqiqə gözlədikdən sonra süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz