Bildiyiniz Bütün Keksləri Unudun : Nar Souslu Keks Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Rəngi heyrətamiz və dadı əfsanə bir keks resepti ilə tanış olun. Nar sousu keks bildiyiniz bütün tort və keks reseptlərini unutmağınız üçün qərarlıdır. Hazırlıqlar başlasın və sizi mətbəxə alaq.

NEÇƏ NƏFƏR ÜÇÜN
8 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
2 ədəd yumurta1 stəkan şəkər tozu
1 stəkan (bir barmaq aşağı) maye yağ
1/2 stəkan su
1/2 stəkan süd
1 paket qabartma tozu
1 paket vanil
2 stəkan un
Sous üçün:
1 paket hazır meyvə sousu
1 ədəd nar
Hazırlanma qaydası:
Yumurta və şəkər tozunu mikserlə ağarana qədər çalın. Digər inqrediyentləri də əlavə edib qarışdırın.
Soba qabını yağlayın. Yağlanmış soba qabına keks xəmirini töküb əvvəlcədən 170 dərəcədə isidilmiş sobada 25-30 dəqiqə bişirin.
Keksi sobadan çıxarın və soyuması üçün kənara qoyun.
Hazır meyvə sousunu hazırlayın.Dənələnmiş narları da əlavə edib qarışdırın.Keksin üzərinə tökün və soyumasını gözləyin.
Soyuduqdan sonra dilimləyib çay və ya qəhvənin yanında süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz