Azərbaycancaaz
Mir.az » Resept » Dadlı və Zərif : Tiramisu Rulet Resepti

Dadlı və Zərif : Tiramisu Rulet Resepti

2 933
asan resept,asan yemək resept,sadə resept
812 calories, 8 grams fat
Dadlı və Zərif : Tiramisu Rulet Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
“Tiramisu” şirniyyatı zərifliyi və xoş dadı ilə çoxları tərəfindən sevilir. Bu gün bu deserti bir az qeyri-adi bir dizaynda – rulet şəklində bişirməyi təklif edirik. Mir. az dadlı və zərif tiramisu ruletinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

12 dəqiqə

Tərkibi:


    Biskvit üçün:
  • 100 qr un
  • 100 qr şəkər tozu
  • 3 ədəd yumurta
  • 1 çay qaşığı qabartma tozu

  • Krem üçün:
  • 250 qr kəsmik
  • 150 qr xama
  • 6 xörək qaşığı şəkər kirşanı
  • 1 çay qaşığı qəhvə

  • Üzərini bəzəmək üçün:
  • Kakao və kokos

Hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün soyuq yumurtaların ağını sarısından ayırın( yumurta soyuq olmalıdır – bu şəkildə kütlə daha yaxşı çırpılacaq). Yumurta sarısının üzərinə 60 qr şəkər tozu əlavə edib mikserlə çırpın.
Başqa bir qabda yumurta ağını da qalan şəkər tozuyla çırpın. Yaxşıca çırpılmış yumurta ağının yarısını yumurta sarısıyla az-az birləşdirib spatula və ya taxta qaşıqla ehtiyyatla qarışdırın. Üzərinə unu da ələyib qarışdırmağa davam edin. Qalan çırpılmış yumurta ağını da əlavə edib qarışdırdıqdan sonra yağlı kağız sərilmiş soba sinisinə kütləni yayın. Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə bişirin.
Biskviti sobada çox saxladıqda çox quru olacaq və rulet kimi bükdükdə quruyub parçalana bilər.
Bişən biskviti sobadan çıxarıb şəkər kirşanı səpilmiş mətbəx dəsmalıyla rulet formasında bükün.
Kremi hazırlamaq üçün bir qabda kəsmik, xama və şəkər kirşanını eynikütlə olanadək blenderlə yaxşıca qarışdırın.
Biskvitin yumşaq və ətirli qəhvə dadında olması üçün bir fincanda qəhvə dəmləyib soyudun.
Soyuyan biskviti qəhvəylə isladıb üzərini kremləyin. (Üstünü bəzəmək üçün kremdən saxlayın.)
Krem yaxılmış ruleti ehtiyyatla bükün. Qalan kremi ruletin hər tərəfinə yaxın və üzərini də kremlə bəzədikdən sonra kakao və kokos səpib bir neçə saatlıq və ya bir gecəlik soyuducuya yerləşdirin.
Soyuducudan çıxarıb otaq temperaturuna gəldikdən sonra dilimləyib süfrəyə verə bilərsiniz.

NUŞ OLsun



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz