Azərbaycancaaz
Mir.az » Resept » Yumşaq Bişər : Soya Souslu Qızılbalıq ( Somon ) Resepti

Yumşaq Bişər : Soya Souslu Qızılbalıq ( Somon ) Resepti

9
asan resept,asan yemək resept,sadə resept
215 calories, 2 grams fat
Yumşaq Bişər : Soya Souslu Qızılbalıq ( Somon ) Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Mir.az boll kərə yağı ilə tavada bişmiş yüngül və yumşaq qızılbalıq reseptini təqdim edir.Soya sousu ilə qızılbalıq yemək ən zövqlü üsuldur. Sınayıb dadına baxa bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

1 ədəd qızılbalıq filesi ( somon balığı )
1 diş sarımsaq
1/2 stəkan soya sousu
1/2 stəkan bal
1/2 stəkan limon suyu
100 qram kərə yağı (otaq temperaturunda)
1 ədəd şüyüd

Hazırlanma qaydası:

Somon balığını 4 hissəyə bölün.
Kərə yağını tavaya əlavə edib əridin və sürtgəcdən keçilmiş sarımsaq və limon suyunu əlavə edin.
Ardı ilə somon dilimlərini tavaya atın və hər bir tərəfini 4 dəqiqə bişirin.
Hazır olduqda soya sousunu əlavə edib süfrəyə verə bilərsiniz.
İstəyə görə süfrəyə verdikdə üzərinə şüyüd səpin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz