Azərbaycancaaz
Mir.az » Resept » Soya Souslu Toyuq Resepti

Soya Souslu Toyuq Resepti

44
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Soya Souslu Toyuq Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Toyuq və bibər heç vaxt birlikdə bu qədər gözəl görünməmişdi. Soya sousu Asiya mətbəxinin aparıcı rolu olduğu kimi, bu yemək də süfrələrinizin aparıcı rolu olacaq.
Mir.az soya souslu toyuq reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

1 kiloqram toyuq filesi
4 ədəd qırmızı bibər
3 ədəd şirin bibər
2 ədəd soğan
1 diş sarımsaq
3 xörək qaşığı soya sousu
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı qara istiot
1 çay qaşığı kəklikotu
1 çay qaşığı qırmızı toz bibər

Hazırlanma qaydası:

Toyuqlar doğrayın və üzərinə 1 xörək qaşığı soya sousu, qara bibər, qırmızı toz bibər və kəklikotu əlavə edib qarışdırıb tərəvəzlər hazır olana qədər marinad etməyə buraxın.
Bibər və soğanı uzun formada doğrayın.
Sarımsağı əzib böyük bir tavaya əlavə edib bütün tərəvəzləri sote edin.
Tərəvəzlər bir az öləndə iki xörək qaşığı soya sousu əlavə edib bişirin.
Tavaya zeytun yağı əlavə edib möhkəm qızıdırın və toyuğu əlavə edib qızardın. (Toyuqları bişirəndə əvvəlcə tava yaxşıca qızdırılmalıdır. Qızdırılmış tavada zeytun yağını qızdırın və toyuq ətini belə əlavə edin.Beləliklə, toyuqlar suyunu buraxmır və yumşaq bişirirlər.)
Tərəvəzlərə bişmiş,qızarmış toyuqları əlavə edib bir az daha qızardın. Servis etməyə hazırdır!

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz