Azərbaycancaaz
Mir.az » Resept » Darçın Qoxulu : Almalı Bulud Çörəyi Resepti

Darçın Qoxulu : Almalı Bulud Çörəyi Resepti

32
asan resept,asan yemək resept,sadə resept
620 calories, 6 grams fat
Darçın Qoxulu : Almalı Bulud Çörəyi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
İngilis ənənəvi yorkşir pudinqi reseptindən ilham alaraq, biz onu şirin muffin reseptinə çevirdik və lazımi mövsümdə alma ilə ədviyyatlı içlik hazırladıq. Yumşaq teksturası və üzərindəki pudra şəkəri ilə qış mövsümündə süfrələrinizə yaraşacaq.
Mir.az asan hazırlanması və forması ilə qonaqlarınızı təəccübləndirəcək almalı bulud çörəyi reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

2 ədəd yumurta
1/2 stəkan süd
1 xörək qaşığı şəkər tozu
1 çimdik duz
1/2 stəkan un

İçlik üçün:
1 ədəd alma (kub formada doğranmış)
1/2 ədəd limonun suyu
1/2 ədəd limonun qabığı
2 xörək qaşığı şəkər tozu
1.5 xörək qaşığı əzilmiş qoz ləpəsi
1 çay qaşığı darçın

Qəlibi yağlamaq üçün:
6 xörək qaşığı maye yağ

Üzəri üçün:
1 xörək qaşığı şəkər tozu
1/2 çay qaşığı darçın

Hazırlanma qaydası:

Yumurtaları yaxşıca çalıb üzərinə süd, şəkər tozu və duz əlavə edib çalmağa davam edin.
Sonda unu əlavə edib qarışdırın və 1 saat soyuducuya yerləşdirin.
Muffin kek qablarının hər birini 1 xörək qaşığı yağla yağlayıb 220 dərəcədə sobada 10 dəqiqə qızdırın.
Sonra xəmiri yarıya qədər muffin qablarını tökün və sobada 220 dərəcədə 20 dəqiqə bişirin.
Almalı içlik üçün almaları kub formasında doğrayın. Üzərinə şəkər tozu, qoz, limon suyu və limon qabığını əlavə edib tavada yumşalana qədər bişirin və ocaqdan almamışdan əvvəl darçın əlavə edin.
Almalı içliyi bişmiş bulud çörəyinin içi boş hissələrinə qoyun və üzərinə pudra şəkər səpib çay və ya qəhvənin yanında süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz