Azərbaycancaaz
Mir.az » Resept » Sənətkar əlindən çıxmışa bənzəyən sevimli "Cupcake" Resepti

Sənətkar əlindən çıxmışa bənzəyən sevimli "Cupcake" Resepti

577
asan resept,asan yemək resept,sadə resept
1230 calories, 12 grams fat
Sənətkar əlindən çıxmışa bənzəyən sevimli "Cupcake" Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Görünüşü və dadı ilə göz oxşayan, bir sənətkar əlindən çıxmışa bənzəyən sevimli "Cupcake" resepti.

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 2 ədəd yumurta
  • 3 stəkan süd
  • 1 xörək qaşığı qatıq
  • 150 ml duru yağ
  • 2 ədəd limon qabığı (rəndələnmiş)
  • 1 stekan yarım şəkər tozu
  • 2 xörək qaşığı təzə sıxılmış limon suyu
  • 2 stekan yarım un
  • 1 ədəd qabartma tozu

  • Ağ şokolad içliyi üçün:
  • 150 ml qaymaq
  • 200 qram ağ şokolad

  • Krem üçün:
  • 250 qram toz şəkər
  • 125 qram otaq temperaturunda kərə yağı
  • 1 xörək qaşığı təzə sıxılmış limon suyu
  • 1 ədəd rəndələnmiş limon qabığı
  • 1 xörək qaşığı süd

Hazırlanma qaydası:

Kek qəliblərinin içinə cupcake kağızlarını qoyun və kənarda saxlayın.Sobanı 180 dərəcəyə qədər qızdırın.Rəndələnmiş limon qabıqlarına şəkər tozu əlavə edərək ovuşdurun və dadın şəkərə keçməsinə icazə verin.Şəkər tozuna yumurta əlavə edərək qaymaq halını alana qədər qarışdırın. Süd, qatıq, təzə sıxılmış limon suyu və yağı əlavə etdikdən sonra qarışdırmağa davam edin.
Son olaraq ələnmiş un və qabartma tozunu əlavə edib mikserin köməyi ilə qarışdırma prosesinə davam edin.
Kek qəliblərinə qoyduğunuz birdəfəlik keks kağızlarını hazırladığınız məhlulla doldurun. Əvvəlcədən isidilmiş sobada 30 dəqiqə bişirin.

Ağ şokolad içliyi üçün:
Xırda doğranmış ağ şokoladı qaynar qazan üzərində buxarda əridin.
Otaq temperaturunda saxladığınız qaymağa ağ şokoladı əlavə edib mikserin köməyi ilə davamlı qarışdırın və soyuması üçün soyuducuya qoyun.
Kekləri soyuması üçün sobadan çıxarın. Xüsusi alət və ya bıçaqla ortasında deşiklər açıb ağ şokolad içliyi ilə doldurun. Boşluqları çıxardığınız içliklə örtün.

Krem üçün:
Şəkər tozunun yarısını rəndələnmiş limon qabıqları ilə ovuşdurun. Qalan hissəsinə otaq temperaturunda saxladığınız kərə yağını əlavə edərək krem ​​halına gələnə qədər çırpın.Yenidən şəkər tozunu əlavə edib çırpmağa davam edin.Üzərinə süd və təzə sıxılmış limon suyu əlavə edib yüksək sürətlə qısa müddətə çalın.10deq soyuducuda saxlayın.
Soyuducudan çıxartdıqdan sonra kremi sıxma torbasına alıb istədiyiniz şəkildə bəzədikdən sonra keksləri gözləmədən sevdiklərinizlə paylaşın.

NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz