Azərbaycancaaz
Mir.az » Resept » Görüntüsü Möhtəşəm: Fincanda Desert Resepti

Görüntüsü Möhtəşəm: Fincanda Desert Resepti

29
asan resept,asan yemək resept,sadə resept
815 calories, 8 grams fat
Görüntüsü Möhtəşəm: Fincanda Desert Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Sizi yormayacaq, asan və dadlı, təqdimatı möhtəşəm olan gözəl desert reseptimiz var. Bizim desertimizin adı fincan desertidir.Mir.az kofe fincanında və ya kiçik qablarda hazırlayıb servis edə biləcəyiniz ləzzətli südlü desert reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

1 litr süd
1 stəkan un
1,5 stəkan şəkər tozu
1 xörək qaşığı marqarin
1 paket vanil
2 paket kokos

Hazırlanma qaydası:

Marqarin və vanildən başqa bütün inqrediyentləri qazana töküb daim qarışdırın və pudinq halına gələnə qədər bişirin.
Qaynamağa başlayanda marqarin və vanili əlavə edin.
Pudinqə gözəl forma vermək üçün əvvəlcə fincanları yuyub isladın. Sonra pudinqi stəkanlara doldurun və təxminən 1-2 saat soyuducuya yerləşdirin.
Soyuducudan çıxardıqdan sonra bıçağın köməyi ilə kənarlarını ayırıb kokosa batırın və istədiyiniz kimi bəzəyib süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz