Azərbaycancaaz
Mir.az » Resept » Mannılı Reseptlərin Ən Dadlısı: Çiyələk Pudinqli Top Resepti

Mannılı Reseptlərin Ən Dadlısı: Çiyələk Pudinqli Top Resepti

30
asan resept,asan yemək resept,sadə resept
1210 calories, 12 grams fat
Mannılı Reseptlərin Ən Dadlısı: Çiyələk Pudinqli Top Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Mir.az həm yüngül, həm rəngarəng, həm də çox dadlı resept olan çiyələkli pudinq toplarınreseptini təqdim edir.Çiyələkli pudinq toplarını hazırlamaq çox, çox asandır. Bu mannılı pudinq topları çəhrayı rəngi ilə ürəyinizi oğurlamağa hazırdır və yüngül, lakin dadlı dadı ilə hamınızı ovsunlamağa gəlir.
Çaya çox yaraşan bu gözəllikləri hazırlayıb bişirmək cəmi 20 dəqiqə çəkəcək. Bundan sonra siz zövqlə yeyə biləcəksiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

3 stəkan süd
1 paket çiyələk pudinqi
7 xörək qaşığı mannı
7 xörək qaşığı şəkər tozu
1 paket vanil
1 xörək qaşığı kərə yağı

Üzəri üçün:
1/2 stəkan Hindistan cəvizi tozu (kokos)

Hazırlanma qaydası:

Vanil və yağdan başqa bütün inqrediyentləri bir qazana töküb ocağı yandırın və pudinq qatılaşmağa və qaynamağa başlayana qədər qarışdırın.
Qaynamağa başlayandan sonra ocağı azaldıb 2 dəqiqə daha qarışdıraraq bişirib ocağı söndürün. İçinə kərə yağı və vanili əlavə edib qarışdırın.
Xəmir ilıq olandan sonra qoz böyüklüyündə parçalara ayırıb ovucunuzda yumrulayın (əllərinizi isladın ki, forma verərkən əllərinizə yapışmasın ) və böyük bir boşqaba tökdüyünüz hindistan cevizi tozunun içinə batırıb hər tərəfini bulayın.
Soyuducuda təxminən yarım saat gözlədikdən sonra süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz