Azərbaycancaaz
Mir.az » Resept » Adı Qədər Zərif: Kök Deserti Resepti

Adı Qədər Zərif: Kök Deserti Resepti

20
asan resept,asan yemək resept,sadə resept
415 calories, 4 grams fat
Adı Qədər Zərif: Kök Deserti Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Kökdən nə hazırlansa dadlı olur və hər şeyə yaraşan,uyğun bir tərəvəzdir. Onunla şorba, salat, yemək, börəklər hazırlanır. Bu gün Mir.az köklü desert reseptini təqdim edir.
“Kökdən şirniyyat, desert olarmı?” deyə soruşsanız, cavabımız belədir: Bəli, olar! Üstəlik də şəkər tozu əlavə etmədən. Bəli, düz eşitdiniz, zərif ,şəkərsiz kök deserti hazırlamaq üçün sizi mətbəxə dəvət edirik.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 3 ədəd kök
  • 3,5 stəkan süd
  • 3 xörək qaşığı tam buğda unu
  • 4 xörək qaşığı yulaf əzməsi
  • 10 hissə xurma (suda isladılmış)
  • 1/2 stəkan labne pendiri
  • 2,5 xörək qaşığı bal
  • 1/2 stəkan əzilmiş qoz ləpəsi
  • 1 çay qaşığı darçın

Hazırlanma qaydası:

Kökü sürtgəcdən keçirib tavada yumşalana qədər qovurun və soyumağa buraxın.
Qazana süd və tam buğda unu əlavə edin və pudinq halına çatana qədər bişirin.
Qida prosessoruna kök, yulaf əzməsi və isladılmış xurmanı əlavə edib qarışdırın.Qarışığı süfrəyə verəcəyiniz qəlibə yayın.
Bişmiş pudinqə bal və labne pendirini əlavə edib qarışdırın və 2 saat soyuducuda saxlayın.
Pudinq soyuduqdan sonra kök məhlulu olan qəlibin üzərinə əlavə edib 1 saat daha soyuducuda saxlayın.
Soyuducudan çıxardıqdan sonra üzərinə darçın və qoz əlavə edib süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz