Yumyumşaq: Göyərtili Fransız Omleti Resepti
Yemək Haqqında:
Fransa mətbəxindən Omlet resepti.
Göyərtili Fransız Omleti resepti zövqümüzə uyğun göyərtiləri bir araya gətirməklə yanaşı, düzgün omlet bişirməyin hiylələrini sizinlə bölüşəcək reseptdir. Mir.az Fransız Omleti reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
1 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
3 dəqiqəTərkibi:
2 ədəd yumurta3 xörək qaşığı sürtgəcdən keçilmiş köhnə kaşar pendiri
1 çay qaşığı kərə yağı
2-3 damcı günəbaxan yağı
2 ədəd soğan
3 ədəd cəfəri
1 ədəd keşniş
3 yarpaq reyhan
1/2 çay qaşığı duz
1 çimdik qara bibər tozu
Hazırlanma qaydası:
Yumurtaların üzərinə duz və istiot əlavə edib çırpın. Ancaq çox çırpmayın ,ağları çox dağılmasın.
Ocağı orta istilikdə yandırın.
Tavaya ( ölçüyə uyğun tava olmalıdır ,əks halda omlet yumurtaya çevriləcək ) kərə yağı və günəbaxan yağını əlavə edin və yağ əriyib qızdıqda (köpüklənməsini gözləmədən) çırpılmış yumurtaları tavaya tökün.
Kənarları bişməyə başlayan kimi qabı bir əlinizlə irəli-geri silkələyin və digər əlinizlə yumurtanı qaşıq və ya çəngəl ilə tez qarışdırın.
Bu zaman pendir və göyərtini omletin ortasına töküb dərhal qatlayıb servis boşqabına qoyun və süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz